Vərəm xəstəliyi nədir və ondan necə qorunmaq olar? - TƏDBİR

Vərəm xəstəliyi nədir və ondan necə qorunmaq olar? - TƏDBİR
Bu gün Azərbaycan Səhiyyə Kommunikasiya Assosiasiyası vərəm xəstəliyi mövzusunda media nümayəndələri üçün növbəti seminar keçirib. SİA-nın xəbərinə görə, seminar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il 24 mart tarixində qeyd olunan Beynəlxalq Vərəm Günü və vərəm probleminə dünya ictimaiyyətinin diqqətini artırmaq məqsədi daşıyır. Tədbiri giriş sözü ilə açan USAİD-in Səhiyyə Ofisinin direktoru Karen Velç bildirib ki, hər il dünyada 2 milyon insan vərəm xəstəliyindən vəfat edir. Onun sözlərinə görə, bu ölümlərin sayının azalmasında əhalinin xəstəlik barədə maarifləndirilməsi, simptomlar, keçirilmə yolları və müalicə üsulları barədə biliklərin artırılması, səhiyyə işçilərinin səylərinə böyük dəstək göstərə bilər. K.Velç vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il 24 mart tarixində qeyd olunan Beynəlxalq Vərəm Günü vərəm probleminə dünya ictimaiyyətinin diqqətini artırmaq məqsədini daşıyır. O bildirib ki, bu gün insanlar vərəm barədə daha çox danışır, problem barədə fikirlərini paylaşırlar.

"Azərbaycanda da hər il vərəmə yoluxma faktları aşkarlanır. Vərəm xəstəliyinin əlacı var, yəni tez aşkar olunduqda və düzgün müalicə aparıldıqda bunun qarşısını almaq olar. Heç kəs vərəmdən ölməməlidir. Bu da insanlara çatdırılması vacib olan mesajlardan biridir ki, onlarda ümid yaransın. Xəstələrin dərmanlara müqaviməti dəqiq diaqnostikadan asılıdır. ABŞ hökuməti də vərəm xəstəliyinə çox ciddi yanaşır. Bugünə kimi ABŞ hökuməti vərəm xəstəliyi ilə mübarizəyə 1 milyon ABŞ dolları, bundan əlavə, Vərəm, QİÇS və Malyariya ilə Mübarizə üzrə Qlobal Fonduna 5 milyard dollar məbləğində vəsait ayırıb. İctimaiyyətə bu sahədə vacib məlumatların verilməsi, daha çox resursların ayrılması üçün işlər görülməlidir", - deyə o əlavə edib.

Tədbirin davamında çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin nümayəndəsi Cəvahir Süleymanova "Dünyada vərəm xəstəliyinin vəziyyəti" adlı məruzə ilə çıxış edib. O bildirib ki, vərəm dünyanın ən təhlükəli və vacib bir haldır. Onun sözlərinə görə, vərəm indinin yox, çoxdanın problemidir. Hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunduğunu deyən C.Süleymanova vurğulayıb ki, həmin günü 1882-ci ildə Robert Kox vərəmi törədicini-vərəm basılasını aşkar edib. O qeyd edib ki, bu da vərəmin müayinəsində və müalicəsində birinci addımlardan olub. ÜST-nin vərəmlə bağlı hesabatını açıqlandığını deyən C.Süleymanova qeyd edib ki, burada 212 ölkədəki vəziyyət göstərilib: "Hesablamalara görə, 2009-cu ildə vərəmdən 1,7 milyon ölüm hadisələri olub. Onların çoxsu Afrika regionunda qeydə alınıb. Hər il müalicə almayan, aktiv vərəm forması 10-15 insanı yoluxdurur. Ümumilikdə, hazırda dünya əhalisinin 1/3 vərəm basilarla yoluxub, 5-10% həmin basilalarla yoluxmuş insanlar həyatlarının hansısa bir anında xəstəliyıə tutulurlar".

Bakı şəhərinin baş ftiziatrı, t.e.d., professor Yavər Şıxəliyev "Vərəm xəstəliyi haqqında əhalinin düzgün məlumatlandırılması" mövzusunda məruzə ilə çıxış edib. O, çıxışınn əvvəlində vərəmin yaranma tarixi haqqında məlumat verib. Daha sonra Y.Şıxaliyev bildirib ki, vərəm əleyhinə müalicənin özünün taktikası var. Onun sözlərinə görə, bu gün vərəmlə mübarizə sahəsində ən böyük problem həkimlərin vərəm əleyhinə dərmanların necə gəldi işlətməsidir: "Məsələn, bəzi həkimlər pnevmaniya olan xəstənin müalicəsi zamanı dərmanlara vərəm əleyhinə dərmanları da qoşur. Bu da xəstəyə əks təsir göstərə bilər. Vərəm xəstəliyinə qarşı mübarizə aparmaq hər bir dövlətin öz işidir. Hər bir ölkə bu problemi özü həll etməlidir, beynəlxalq təşkilatlar isə ancaq ona maliyyə yardımı edə bilərlər. Cənubi Qafqazda vərəmə yoluxma ən aşağı səviyyəsidir. Belə ki, ölkədə 1000 nəfərə 32 xəstə var, 3,3 ölüm səviyyəsidir. Bugün 400-ə yaxın spesifik dərmanlarla davamlı xəstələr müalicə olunur. İnsanlar özlərində öskürək, gecə tərləmələri, bir neçə gü davam edən yüksək hərarət hiss edərlərsə, o zaman həkimə müraciət etsinlər. Xəstəliyi tez aşkar etdikdə, onu sağaltmaq da bir o qədər asan olur".

Seminarın davamında mütəxəssislər tərəfindən dünyada vərəm xəstəliyi ilə bağlı mövcud vəziyyət və əhalinin bununla bağlı düzgün maarifləndirilməsi üçün tövsiyyələr tərəfindən təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə