23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Ağdaş rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Rayonun Kükəl kəndində seçicilərlə görüş keçirilib.
Görüşü Yeni Azərbaycan Partiyasının Bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının aparat rəhbəri İsa Eminov açaraq bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar indiyə qədər görülmüş işlərdən, dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də, gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışmışdır. İ.Eminov həyata keçirilən irimiqyaslı layihələrin, məhz Yeni Azəbaycan Partiyasının və onun Sədri, ölkə Prezidenti İlham Əliyevin adıyla bağlı olduğunu və bütün bunların hər bir vətəndaşın gözü qabağında baş verdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. O, «Xalq üçün» devizi ilə təşviqat kampaniyasına uğurla başlayan YAP tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandığını bildirərək, seçiciləri Yeni Azərbaycan Partiyasının Seçki Proqramı ilə tanış edib.
Görüşdə çıxış edən təbliğat qrupunun üzvü YAP Ağdaş rayon təşkilatı qadınlar şurasının sədri Tənzilə Şıxıyeva bildirib ki, Ağdaş rayonunda rayon sakinlərinin YAP-a, partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevə inamı çox güclüdür.«Ağdaşlılar bu inamı keçirilən bütün seçkilərdə nümayiş etdirmişlər. Zəngin seçki təcrübəsinə malik olan rayonumuzda bütün seçki proseslərində hər zaman yüksək seçici fəallığı nümayiş olunubdur. Əminliklə deyə bilərik ki, bələdiyyə seçkiləri də rayonumuzda uğurla keçəcək, seçicilərimiz Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük dəstək olacaq və onlara səs verəcəklər.
Yeni Azərbaycan Partiyası tərəfindən Kükəl Bələdiyyəsinin üzvlüyünə namizədlikləri irəli sürülən 9 nəfər adından çıxış edən İttifaq Şərifov onlara YAP tərəfindən göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib və bu etimadı öz əməli işləri ilə doğruldacaqlarını bəyan edib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB