Gənclər təşkilatı Beynəlxalq Əlillər Gününü qeyd etdi FOTO

Gənclər təşkilatı Beynəlxalq Əlillər Gününü qeyd etdi FOTO

Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi tərəfindən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən “3 Dekabr - Beynəlxalq Əlillər Günü” münasibətilə tədbir təşkil olunub.

GTM-dan SİA-ya verilən məlumata görə, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və 8 saylı körpələr evi-uşaq bağçasının təşkilati dəstəyi ilə həyata keçiriln tədbirdə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional Ofisinin rəhbəri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı, Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Nurəddin Hacıyev, DSMF Ağcabədi rayon şöbəsinin əməkdaşı Kübra Abışova, ADPU Ağcabədi filialının əməkdaşı Anar Kərimli, Ülviyyə Məmmədova,Ağcabədi Pedaqoji Kollecin əməkdaşı Yeganə Mamedova, 5 saylı tam orta məktəbin əməkdaşı Sevil Bayramova iştirak ediblər.

Tədbiri açan Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Telmanqızı bildirib ki, ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillərində daim dövlətin qayğısı ilə əhatə olunur və onların bütün problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır: "Əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşaması üçün zəruri tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir".

Çıxış edən digər qonaqlar ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd ediblər.

Tədbir Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin, 8 saylı körpələr evi-uşaq bağçasınin balaça fidanlarının, Ağcabədi şəhər 5 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə əyləncəli proqramla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə