Qax şəhərindəki əlil və şəhid ailələri üçün inşa edilmiş çoxmənzilli binanın sakinlərinə səyyar formada kitabxana xidməti göstərilib
Cəfər Cabbarlı adına Qax rayon Mərkəzi Kitabxanasının xidmət şöbəsinin əməkdaşları 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Qax şəhərindəki əlil və şəhid ailələri üçün inşa edilmiş çoxmənzilli binanın sakinlərinə səyyar formada kitabxana xidməti göstəriblər. Kitabxanaçılar binada yaşayan Qarabağ müharibəsi əlilləri və veteranları, ahıl, kimsəsiz insanlarla görüşüb, onlar üçün evlərdə fərdi oxu saatları təşkil ediblər.
SİA xəbər verir ki, bu barədə Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Güllü Əhmədova məlumat verib.
Direktor bildirib ki, hazırda fiziki qüsurlu və sağlamlıq imkanları məhdud insanların informasiyaya olan tələbatının ödənilməsi və asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar cəmiyyətin mühüm informasiya mərkəzi olan kitabxanaların da qarşısında böyük vəzifələr durur.
“Səyyar kitabxana xidməti kitabxanalara gəlmək imkanı olmayan fiziki qüsurlu oxucuların mütaliəyə olan tələbatının ödənilməsi üçün ən yaxşı vasitədir. Bunu nəzərə alaraq, kitabxanaçılarımız Mərkəzi Kitabxananın xidməti ərazisində yaşayan və xüsusi qayğıya ehtiyacı olan insanları müəyyənləşdirir və onlara vaxtaşırı səyyar kitabxana xidməti təşkil edirlər. Səyyar xidmət zamanı, ilk növbədə, sağlamlıq imkanları məhdud insanların mütaliəyə olan maraqları nəzərə alınır”,- deyə Güllü Əhmədova qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB