Müstəqil, demokratik, dünyəvi Azərbaycan dövlətinin qurucusu - HEYDƏR ƏLİYEV
Bəşər tarixində bənzəri olmayan dünya miqyaslı siyasi xadim, müasir müstəqil demokratik, hüquqi, dünyəvi dövlətimizin qurucusu və banisi, xilaskar, qurtuluş dahisi, ümummilli lider, Ulu öndər Heydər Əliyev əbədiyaşarlığı ilə xalqımızın, türk dünyasının, bütövlükdə bəşəriyyətin, dünya xalqlarının tarixinə yüzilliklərə, əsrlərə, minilliklərə hesablanmış ümumbəşəri dəyərləri özündə cəmləşdirən, inkişaf etdirən, tərəqqiyə, yeniliyə qovuşduran siyasəti ilə əbədi olaraq daxil olmuşdur.
![]()
Azərbaycan xalqı müdrik, uzaqgörən rəhbərimizin dühasının böyüklüyünü, onun respublikamıza rəhbərlik etdiyi 30 ildən artıq bir dövrdə daim hiss etmiş və bu gün də həmin illərin davamı olaraq Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövrün, zamanın tələblərinə hər bir vətəndaşın, dünya xalqlarının tərəqqipərvər bəşəriyyətin maraqlarına uyğun olaraq inkişaf etdirilir, daha da dünyəviləşir.
Müasir müstəqil demokratik, hüquqi, dünyəvi dövlətimizin qurucusu və banisi Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmiş, sonra Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyası) memarlıq fakültəsində oxumuş, başlanan müharibə onun təhsilini yarımçıq qoymuşdur. 1941-1944-cü illərdə Naxçıvanda Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışan Heydər Əliyev 1944-cü ildən Dövlət Təhlükəsizlik orqanlarına işə göndərilmişdir.
Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifələrində işləmiş, general-mayor rütbəsinə yüksəlmişdir. Həmin illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri kimi qaynar fəaliyyət dövrünə qədəm qoymuşdur.
1982-ci ildə Sov.İKP MK Siyasi Bürosuna üzv seçilən Heydər Əliyev həmin ildən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Dünya dövlətlərinin böyük siyasi liderlərinin qeyd-şərtsiz yüksək siyasətçi kimi qəbul etdiyi Heydər Əliyev 1987-ci ilin oktyabrında SSRİ-nin üzdəniraq rəhbəri Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev xalqının taleyüklü məsələləri ilə bağlı tərəddüd etmədən, hətta bütün həyatını həsr etdiyi siyasi fəaliyyət və karyerasından belə keçməyə hazır olduğunu 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü bir daha sübut etmişdir. Həyatının təhlükədə olduğunu bilsə də, özünəməxsus cəsarət və qətiyyət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanatla çıxış edərək xalqımıza qarşı törədilən cinayətin təşkilatçılarını ifşa etdi, onların cəzalandırılmasını tələblə bildirdi.

Heydər Əliyev 1991-ci ildə Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü və mənfur siyasətinə etiraz əlaməti olaraq Sovet İttifaqə Kommunist Partiyası sıralarını tərk etmişdi. 1990-ci ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra Naxçıvanda yaşadı, Azərbaycan Ali Sovetinə deputat seçildi. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini olan Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının əsasını qovdu və partiyanın sədri seçildi. Xalqımızın taleyinin bütün çətin dönəmlərində olduğu kimi, bu dəfə də öz müdrikliyini sübut etdi.

1993-cü ilin may-iyun aylarında hökümət böhranları kəskinləşəndə, vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbi ilə ayağa qalxdı. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Soveinin sədri seçilən Heydər Əliyev, iyulun 24-də Azərbaycan prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Azərbaycan milli qurtuluşa qovuşdu, təhlükənin bir addımlığından Heydər Əliyevin dövlətçilik təcrübəsi sayəsində dönə bildik. 1993-cü il oktyabrın 3-də ümumxlaq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçildi. Özünün dəfələrlə Azərbaycan xalqı ilə görüşlərində qeyd etdiyi kimi, hətta dünya səviyyəli böyük bir siyasi xadim üçün belə çox ağır, lakin şərəfli yeni rəhbərlik dövrü başladı.

Yaxın tariximiz sübut etdi ki, Heydər Əliyev nəinki Azərbaycanı bu ağır dövründə qarşıda duran ziddiyyətli və mürəkkəb vəzifələrin öhdəsindən gələ bildi. Hətta xaos və daxili çəkişmələr ləğv edildi, iqtisadi və mədəni yüksəliş başladı. Xalq 1998-ci ildə yenidən Heydər Əliyevi Azərbaycan Respublikasının prezidenti seçməklə, onun arxasında olduğunu ortaya qoydu. Daha genişmiqyaslı layihələr, sosial proqramlar, mədəni tədbirlər hazırlanıb həyata keçirməyə start verildi. Lakin bütün bunların bünövrəsi hələ 1969-cu ildən Heydər Əliyevin uzaqgörənliyi və siyasi müdrikliyi sayəsində qoyulmuşdu.
Bir Azərbaycan vətəndaşı olaraq bir anlığa düşünək ki, biz artıq müasir tariximizin ən şərəfli səhifələrindən birinə çevrilmiş Heydər Əliyevin çoxşaxəli fəaliyyətində hansı istiqamət daha çox diqqətəlayiqdir. Yəqin ki, bütün istiqamətlər, deməliyik. Bu istiqamətlərin ana xətti isə xalqın təmənnasız xidmətinə birləşirdi – müstəqil dövlət quruculuğuna yönəlirdi.
SSRİ dönəmində Azərbaycana rəhbərlik edərkən Heydər Əliyev əsas fəaliyyəti, əlbəttə daxili siyasət iztiqamətində qurdu. Azərbaycan xalq təsərrüfatının bütün sahələrinin sabit və davamlı inkişafını təmin etdi. Digər mütəffiq respublikalarla müqayisədə Azərbaycan 1969-1982-ci illərdə həyatının bütün sahələrində daha çox uğurlar qazandı. Respublikanın iqtisadi potensialı artdı, yeni sənaye sahələri yaradıldı, təhsil və səhiyyə sahəsində elmi-praktik layihələr həyata keçirildi. Bu dövrdə Heydər Əliyevin bilavasitə adı ilə bağlı olan 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə verilmiş, 630 min yeni iş yeri açılmışdı.

1975-ci ildə Heydər Əliyev Bakıda Məişət Kondisionerləri zavodunun tikintisinə nail oldu. Minlərlə məktəb, xəstəxana, klub və istirahət evi tikildi. Bakı, Sumqayıt, Gəncə şəhərləri böyüdü, tikinti böyük vüsət aldı. Padamdar, Hövsan, Əhmədli, Günəşli kimi geniş yaşayış massivləri salındı.
Böyük siyasi uzaqgörənliklə Heydər Əliyev Dağlıq Qarabağın inkişafını diqqətdə saxlayır, bu bölgənin iqtisadiyyatının canlandırılmasına xüsusi fikir verirdi. Məhz bu ağıllı siyasətin nəticəsi olaraq ermənilərin 1977-ci ildə Dağlıq Qarabağ məsələsini yenidən qaldırmaq cəhdlərinin qarşısı alındı. Erməni fitnəkarlığı Kəlbəcərdə puça çıxdı. Kəlbəcərə yeni “Muğan yolu” çəkildi.

Neftin Azərbaycan iqtisadiyyatı və bütövlükdə respublikanın yaşam varlığı üçün çox əhəmiyyətli olduğunu hamıdan daha aydın dərk edən Heydər Əliyev neft zavodlarının yenidən qurulması, yeni zavodların və mədənlərin yaradılması, dənizdə neft çıxarılması sahəsində çox böyük işlər gördü. Dərin Dəniz Özülləri zavodu və Cənubi Qafqazda ən iri Poladtökmə zavodu tikildi. Neft-maşınqayırma sahəsində Azərbaycan ABŞ-dan sonra dünayda ikinci yerə çıxdı. Qroznı-Bakı neft kəməri inkişaf etdirildi. Bakıda “Ulduz” elektrik cihazqayırma, “Ozon”, Sumqayıtda Məişət Kompressor zavodları tikildi. Tərtər, Şəmkir, Naxçıvanda Araz Su Elektrik Stansiyaları işə salındı, Azərbaycanın enerji müstəqilliyi təmin olundu.
Əhalinin böyük bir hissəsinin kənd təsərrüfatı ilə məşğul olduğunu nəzərə alan Heydər Əliyev Azərbaycanda texniki imkanlarla təmin olunmuş sovxoz və kolxozların fəaliyyətinə ciddi diqqət ayırırdı. Pambıqçılıq, üzümçülük. Tütünçülük inkişaf edir, suvarma kanalları və dəryaçalar yaradılırdı. Nəqliyyatın inkişafına xüsusi diqqət yetirilirdi. 70-80-ci illərdə respublikada 6 min km. şosse, 260 km. dəmiryol xətti çəkilməsinə nail olunmuşdu. Bakı-Böyük Kəsik və Bakı-Yalama dəmir yolu xətləri elektrikləşdirilmişdi. Sosial sahənin inkişafı o dövrdə də ulu öndərin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edirdi.
İnsanlara qayğı, onların yaşayış və əmək şəraitinin yaxşılaşdırılması Heydər Əliyev daxili siyasətinin əsas məqsədlərindən biri idi. Dəniz vağzalı, indiki Heydər Əliyev adına Respublika Sarayı, “Moskva” mehmanxanası, Gülüstan sarayı, yeni metro tikintiləri Heydər Əliyevin 70-ci illərdə respublikaya rəhbərliyi dövrünün nümunələridir. 1971-ci ildə Kur su kəməri, 1982-ci ildə Sabirabadda iri su təchizatı sistemi istifadəyə verildi. Mərkəzdən göstərilən maneələrə baxmayaraq, Heydər Əliyev Azərbaycanda quruculuq işlərini davam etdirir, yeni sahələrin inkişafına çalışırdı.
Bütövlükdə Azərbaycan xalqının mədəniyyətinə və tarixinə dərindən bələd olan Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə təhsilin inkişafına əvəzsiz töhvələr vermiş milli kadrların hazırlanmasını keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.

Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1971-ci ildə C.Naxçıvanski adına respublika orta ixtisaslaşdırılmış internat məktəbin açılması, milli hərbi kadrların hazırlanmasında müstəsna rol oynadı. Təhsilin ruslaşdırılması, taqrixin saxtalaşdırılması istiqamətində imperiyanın fəaliyyətini məhdudlaşdıran Heydər Əliyev Azərbaycandan kənarda yüksək ixtisaslı kadrlar hazırlanması istiqamətində dövlət səviyyəsində böyük işlər gördü. Azərbaycanın elə bir güşəsi, kəndi, qəsəbəsi, rayonu, şəhəri yoxdur ki, orada Heydər Əliyevin izi, əl işi olmasın.
Ulu öndərimiz Tovuzun Qovlar qəsəbəsində də əbədi iz qoyub. 1978-ci ildə Tovuz rayonuna səfəri zamanı Qovlar qəsəbəsi sovxozunda olarkən təsərrüfat rəhbəri Əli Süleymanovun iş təcrübəsinə yüksək qiymət verərək göstəriş verib ki, Qovlar qəsəbəsində kənd təsərrüfatı mütəxəssisləri hazırlayan texnikum təşkil olunsun. Elə həmin ildə tez bir zamanda texnikum təşkil edilib.
Elmə, mədəniyyət xadimlərinə böyük diqqət və qayğı onların yubileylərinin keçirilməsi, yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsi bütün dönəmlərdə ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. 1976-cı ildə Azərbaycan Sovet Ensiklopediyasının nəşrinə başlandı.

“Mən müəllim adından yüksək ad tanımıram” kəlamı Heydər Əliyevin böyüklüyünü bir daha göstərdi. Azərbaycanın gələcəyini məhz yüksək təhsil görmüş gəncliyimizdən asılı olduğunu dəfələrlə vurğulayan ulu öndər yaardıcı insanalara, rəssam və musiqiçilərə, şairlərə və teatr xadimlərinə böyük qiymət verirdi.
1970-ci ildə Bakıda “Sovet türkologiyası” jurnalı çap olunmağa başladı. “Xalqın özünüdərk, milli dirçəliş proseslərində “Qobustan” incəsənət almanaxı ilə “Ulduz” jurnalı mühüm rol oynadı. Heydər Əliyevin qayğısı sayəsində yeni kinofilmlər, tarixi ekran əsərləri yaradıldı.
Heydər Əliyevin idarəçilik istedadı, tükənməz enerjisi və misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət başçılarından biri kimi fəaliyyət göstərdiyi vaxtlarda özünü xüsusilə parlaq təzahür edir.
O, ümumittifaq və dünya miqyasında yüksək nüfuza malik idi. Ölkələrdə baş verən ən ekstremal vəziyyətlərin aradan qaldırılmasında böyük rol oynaması sayəsində dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə çevrilmişdi. Onun nüfuzu artdıqca bədxahları və düşmənləri də çoxalırdı. Bunu böyük Heydər Əliyev də bilirdi, lakin öz başladığı işlərdə və tutduğu yoldan dönməz idi.
Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyəti dövründə bu mühüm strukturun azərbaycanlılaşdırılması üçün öz xalqı qarşısında misilsiz xidmət göstərmişdir. Azərbaycana rəhbərliyinin birinci dövründə, yəni 1969-1982-ci illərdə xalq təsərrüfatı və mədəni quruculuğa dair uzunmüddətli və ardıcıl fəaliyyət proqramı hazırlayıb, onun həyata keçirilməsinə yüksək bacarıqla rəhbərlik edən Heydər Əliyev həm də bu günki iqtisadi inkişafın təməlini, mədəni yüksəlişin əsaslarını möhkəmləndirdi.
Türk-müsəlman xalqına qarşı ayrı-seçkiliyin həyata keçirildiyi şəraitdə SSRİ kimi nəhəng bir dünya dövlətinin rəhbərliyinə ucalmaqla Heydər Əliyev misilsiz dövlət idarəşiliyi istedadı və bacarığı nümayiş etdirmişdir.
Azərbaycanın milli maraqlarına dönmədən xidmət edən Heydər Əliyev 1977-ci ildə “Azərbaycan SSR-nin yeni Konstitusiya layihəsində Azərbaycan dilinin Azərbaycan SSR-nin dövlət dili olması haqqında” maddənin əks olunmasına nail olmuşdur.

SSRİ-nin mövcudluğu dövründə Heydər Əliyev dəfələrlə SSRİ Ali Sovetinə deputat seçilmiş, ittifaq sovetinin sədr müavini olmuş, 4 çağırış dalbadal Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
İlk dəfə Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülən Heydər Əliyev dörd dəfə Lenin ordeni, çoxlu digər orden və medallarla təltif edilmişdir.
1970-80-ci illərdə Heydər Əliyev Sov.İKP MK və SSRİ Ali Soveti nümayəndə heyətinin başçısı və üzvü kimi Mesika, Almaniya, Vyetnam, Koreya, Rumıniya, Yuqoslaviya, İtaliya, Misir, Suriya və Hindistana rəsmi səfərlər etmişdi. Dünyanın 30-dan çox ölkəsinə səfər edib.
Heydər Əliyev dövlətçilik və siyasi fəaliyyətinin ən qaynar və şərəfli dövrü onun müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi ikinci mərhələni əhatə edir. 1993-cü ildə Azərbaycan xalqının qurtuluş mübarizəsinin önünə keçən Heydər Əliyev bu mübarizənin ləyaqətlə davam etdirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını hələ Naxçıvanda Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul etməklə Heydər Əliyev tarixi-milli ənənələrin yaradılması zəruriyyətini, tarixi varisiyin qorunması vacibliyini göstərdi.
Heydər Əliyev hələ 1991-ci ildə SSRİ rəhbərliyinin guya yeni ittifaq yaratmaqla bağlı referendum təklifinə cavab verərək demişdi: “Mən yeni ittifaqa daxil olmaq və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”.
1993-cü il oktyabrın 10-da Azərbaycan prezidentinin andiçmə mərasimində Ulu öndər söyləmişdi: “Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərək, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.
Zaman bu sözləri həqiqətə çevrildiyini sübut etdi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsas qayəsini azərbaycançılıq, müstəqillik, dövlətçilik, milli tərəqqi, ümummilli və ümumbəşəridəyərlər təşkil edən bir ideoplogiyanın əsası qoyuldu. Xarici siyasət milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Prezidentin xüsusilə xarici siyasətdə uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan məharətlə istifadə etməsi dövlətçiliyimizin bu günü üçün çox əhəmiyyətli idi və dostlarımızı sevindirir, bədxahlarımızı isə məyus edir.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olmaqla Heydər Əliyev diplomatik təfəkkürü xalqımızın genofondunun məhv edilməsinin qarşısını aldı. Azərbaycanın təbii ehtiyatlarından və əlverişli coğrafi-strateji mövqeyindən ölkəmizin milli mənafeyinə uyğun olan irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sayəsində istifadənin ən vacib nümunəsi 1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsinin hazırlanması oldu. Bundan sonra da Xəzərin karbohidrogen ehtiyatlarından birgə istifadə haqqında yeni – ümumilikdə 21-dən çox saişlər imzalandı.
![]()
İştirakçı dövlətlərin sayı 15-ə, şirkətlərin sayı 33-ə çatdırıldı ki, bu da Azərbaycana yaxın illərdə 60 milyard dollardan çox sərmayə qoyulmasını nəzərdə tuturdu. Bu müqavilələr iqtisadi səmərədən başqa həm də çox mühüm siyasi məna kəsb edirdi. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin tikilib istifadəyə verilməsi Heydər Əliyev iqtisadi strategiyasının təntənəsi, onun müdrik uzaqgörənliyinin ifadəsidir.
1998-ci ilin sentyabrında tarixi böyük İpək yolunun bərpasına yönəlmiş beynəlxalq Bakı Konfransı 32 ölkəni və 14 beynəlxalq təşkilatı bir araya topladı.
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi sayəsində böyük regional birlik GUAM yaradıldı.
Azərbaycanın dövlətçiliyini, müstəqilliyini qoruyub saxlamaq, onu möhkəmləndirmək üçün 1994 və 1995-ci illər də daxil böyük təhlükələrin – dövlət çevrilişi və Azərbaycanı parçalamaq cəhdlərinin qarşısı vaxtında və qətiyyətlə alındı, sabitlik bərqərar edildi. Demokratik, hüquqi, suveren və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar edilməsi yolunda 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası böyük hadisə oldu. Dövlətimizin insan hüquq və azadlıqları sahəsində demək olar ki, bütün beynəlxalq konsepsiya və sazişlərə qoşulmuşdur. Ölkədə çoxpartiyalı parlament fəaliyyət göstərir.

Heydər Əliyevi çağdaş türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi səciyyələndirən meyarlardan biri də onun tarixin acı və amansız sınaq dövrlərində, ermənilərin xüsusi qəddarlıqla həyata keçirdikləri soyqırımları nəticəsində dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş Azərbaycan türklərinin birlik və həmrəyliyinin yaradılması sahəsində müstəsna xidmətləridir. Məhz 1991-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olundu. Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmiş, Azərbaycan diasporunun fəaliyyətinin canlandırılması və gücləndirilməsi sahəsində çox mühüm qərarlar qəbul edilmişdir.
Müasir Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır.
Bu gün Ulu öndərin şah əsəri olan, müasir, müstəqil, demokratik, dünyəvi Azərbaycan dövləti Heydər Əliyev siyasi kursu əsasında prezident İlham Əliyevin məqsədyönlü, düşünülmüş daxili və xarici siyasəti nəticəsində günü-gündən inkişaf edir, dünyanın nəzər diqqətini özünə cəlb etməkdədir. Bu uğurlu siyasi kursun nəticəsidir ki, artıq Azərbaycan regionun lider dövləti, dünyanın ən çox inkişaf etmiş ölkələrindən biridir. Sabit, təhlükəsi, beynəlxalq güc mərkəzlərinin məsləhətləşmələr məkanına, beynəlxalq tədbirlərin mərkəzinə, beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarına, icraçısına, məsləhətçisinə çevrilib. Yeni-yeni islahatlar, tərəqqi, inkişaf mərhələsinə daxil olmuş dünya xəritəsində özünəməxsus yer tutan, dünyaya nümunə olan ölkəyə çevrilmişdir.

Bütün uğurlarımız, əldə etdiyimiz nailiyyətlər iqtidar-xalq, xalq-iqtidar birliyi, vəhdətinin mövcudluğu şəraitində yüzilliklərə, əsrlərə, minilliklərə hesablanmış 1953-cü ildən azərbaycanlaşdırma, milliləşdirmə siyasətininaparılması ilə start götürən Heydər Əliyev siyasətinin və bu siyasətin davamı olaraq dünyəvi siyasi xadim, prezidet cənab İlham Əliyevin uğurlu, məqsədyönlü, düşünülmüş, daim yeniləşən, inkişaf edən, zənginləşən, islahatçı siyasətinin bəhrəsidir, nəticəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB