AQTA tələbələrin turşudan zəhərlənməsi ehtimalını araşdırır - RƏSMİ

AQTA tələbələrin turşudan zəhərlənməsi ehtimalını araşdırır - RƏSMİ

Qida Təhlukəsizliyi Agentliyi Bakının Nizami rayonunun "NZS" adlanan ərazisində iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə daxil olan məlumatla bağlı araşdırmalara başlayıb.

Agentlikdən SİA-ya verilən məlumata görə, ilkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir:

"Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə