Lənkəranda yaradıcı tələbələrin təqdimatı keçirilib

Lənkəranda yaradıcı tələbələrin təqdimatı keçirilib

Lənkəran Dövlət Humanitar Kollecdə “Özünü təqdim et” lahiyəsi çərçivəsində Lənkəran Şəhər Gənclər İdman idarəsinin dəstəyi ilə Lənkəran Dövlət Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatı tərəfindən istedadlı və yaradıcı tələbələrin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə kollecin direktoru dos. Ruslan Həmidov, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları Mehman Əliyev, Əli Nurullayev, kollecin direktor müavini Ülviyyə Rzayeva və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən kollecin direktoru Ruslan Həmidov tədbir iştirakçılarını salamlayıb, layihənin gedişatına uğurlar arzulayıb. O həəmçinin bu istiqamətdə tədbirlərin kollecdə davamlı olaraq keçirlməsində maraqlı olduqlarını vurğulayıb.

Daha sonra çıxış edən Gənclər və İdman İdarəsinin əməkdaşı Mehman Əliyev layihənin cənab prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" dövlət Proqramının icrasını təmin etmək, rayonda ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşçkilatları və ictimai-fəal gəncləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçirildiyni vurğulayıb. Sonra Kollecin TGT sədri Sumarə Bağırzadə lahiyələr barədə auditoriyanı məlumatlandırıb və lahiyə təqdim edən tələbələri təqdimata dəvət edib. Kollecin tələbələri Elza və Güldanə “Yanar bulaq kompleksi”, Elnarə və Lalə “Sosial medya”, Elanora və Nərmin “Musiqi və rənglərin əlaqəsi”, Məmmədəli “Azərbaycanda ilk kontarkultura”, Fidan “Musiqinin gözəlliyi, piano aləti”, Elnur “Bayağı musiqi və professional musiqinin fərqi”, Jalə “Məişət zorakılığı” mövzusunda lahiyələrini təqdim ediblər.

Sonda bir qrup müəllim və tələbəyə Gənclər İdman İdarəsinin diplomları tədim edilib.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə