“Valideyn himayəsindən məhrum olan uşaqlara dəstək olmağa tələsin” - FOTOSLAYD

“Valideyn himayəsindən məhrum olan uşaqlara dəstək olmağa tələsin” - FOTOSLAYD

"Uşaqların Xoşbəxt Gələcəyi" İctimai Birliyi, "Biz+"jurnalının informasiya dəstəyi və təşkilatçılığı ilə Saray qəsəbəsində yerləşən 7 saylı uşaq evində əsl bayram sevinci yaşanıb. Birlikdən SİA-ya verilən xəbərə görə, təşkil olunan konserti "Yeni ulduz" müsabiqəsinin iştirakçısı Günay İbrahimli və "Xalq Ulduzu" İlahə, Talehin ifaları daha da maraqlı edib. Uşaqlar rəqs edib, əyləniblər. Novruz çərşənbələri münasibətilə balacalar üçün bayram süfrəsi açılıb. Balacalar aşpaz Mehmanın hazırladığı ləzzətli yeməklərin dadına baxıblar.

Xoş, əyləncəli gün keçirən balacaların sevinci yerə göyə sığmırdı. Onların hər şeydən çox mənəvi dəstəyə, məhrum olduqları ana qayğısına ehtiyacları var. Özünüzə nə vaxtsa verəcəyiniz "Mən onlar üçün nə etdim?" sualını cavabsız saxlamamaq üçün, valideyn himayəsindən məhrum olan uşaqlara dəstək olmağa tələsin.

Bütün xəbərlər Facebook səhifəmizdə