Arif Hacılı və Əli Kərimli siyasətdən getməlidirlər

Arif Hacılı və Əli Kərimli siyasətdən getməlidirlər

Cəbhəçilər və müsavatçılar AXCP və Müsavat rəhbərliyi qarşısında ultimativ şərt qoyublar

Müxalifət düşərgəsində təmsil olunan dağıdıcı xislətli partiya funksionerlərinin müxtəlif qaranlıq işlərlə məşğul olmaları barədə zaman-zaman çöxsaylı faktlar göstərilib, yazılar yazılıb və fikirlər sələndirilib. Ancaq müxalif ünsürlər bu deyilənləri və faktları qəbul etmək istəməyib, bütün bunları özlərinə qarşı siyasi təzyiq kimi təqdim etməyə çalışıblar. Ancaq Almaniya polisinin bir qrup "söyüş müxalifəti" üzvlərinin həbs edilməsi və onlara qarşı ilkin ittihamda miqrant alverində və digər qanunsuz əməllərdə günahlandırılması birbaşa AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı Cəmil Həsənlinin, "Milli Şura"nın rəhbəri Cəmil Həsənlinin və digərlərinin ifşası deməkdir. Çünki həbs olunan şəxslər sözügedən şəxslərin rəhbərlik etdikləri partiyaların üzvləridir. Almaniyanın nüfuzlu "spiegel.de" saytının yazdığı məlumatda bildirilir ki, Almaniyanın Frankfurt - Mayn, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 evə obyektə basqın edilərək, bir neçə nəfər həbs olunub. Həmin dəstə üzvləri qaçaq yolla Azərbaycandan xeyli sayda insanı Almaniyaya aparırmışlar. Almaniyanın "swr.de" saytı isə yazır ki, həbs olunanlardan biri dəstənin rəhbəridir. 8 şübhəlinin isə, istintaqı aparılır. Onların, ən azı, 20 nəfəri Azərbaycandan Almaniyaya 3000-lə 10.000 avro arasında qaçaqmalçılıqda ittiham etdiriləcək. İlkin araşdırmalar zamnı, bəlli olub ki, saxta müxalifətçi arayışı ilə xaricə üz tutanlar qanunsuz əməllər hesabına böyük məbləğdə pullar qazanıblar. Misal olaraq Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzinin sədr müavini Mehdi Xəlilbəylinin 2015-ci ildən bu yana mühacir alverindən 300 000 avro qazanc əldə etməsini göstərmək olar. Nəzərə alsaq ki, o, bu proseslərdə iştirak edən şəxslərdən, sadəcə, biridir, hətta birincisi də deyil - partiyada ondan daha böyük "boss"lar da var, - o halda, söhbətin milyonlarla avrodan getdiyi aydın olur.

Həbs olunanlar siyasi mühacir deyil, "siyasi dəllallar"dır

Almaniyanın Koblenz şəhərinin məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslərdən biri - bu şəbəkənin əsas fiqurlarından olan Rəşad Məmmədovun ifadələri daha dəhşətli mənzərə yaradır. Onun dediklərinə görə, mühacir alveri zamanı, hətta Azərbaycan qadınının namusu da biznes obyekti olub. Bəzi gənc xanımlar oturum statusu almaq üçün müxalifətin Avropadakı rəhbər şəxslərinin yatağından keçməli imişlər... Yəni sözün həqiqi və ən pis mənasında, bir mafiya strukturundan söhbət gedir, müxalifətdən yox! Almaniya polisinin keçirdiyi əməliyyatın ardınca, təbii ki, Azərbaycan hüquq-mühafizə orqanları da araşdırmalara başlayacaq və bu zaman müxalifət partiya sədrləri də istintaqa cəlb olunacaqlar. Bu zaman bir daha məlum olacaq ki, AXCP sədri Ə.Kərimli , Müsavat başqanı A.Hacılı və digərləri nəyə görə, saxta arayışlar verməklə, insanları xaricə mühacirətə gönəriblər. Eyni zamanda, o da aydınlaşacaq ki, nədən A.Hacılı və C.Həsənli tez-tez xaricə üz tuturlar. Bütün bunlardan sonra özündə güc tapıb, siyasi mədəniyyət göstərməyi bacarsalar, sözügedən şəxslər üzüsulu siyasətdən getməlidirlər. Çünki əks halda, onlar haqqında daha tutarlı ifşaedici faktlar üzə çıxacaq. Bu zaman bəlli olacaq ki, nəyə görə, Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və digərləri Polşanın, B.Britaniyanın, Fransanın, ABŞ-ın Norveçin və digər ölkələrin ölkəmizdəki səfirlərilə görüşlər keçirərək, fəaliyyət proqramlarını onlarla müzakirə edib, növbəti təxribat xarakterli göstərişlər alırlar. Tam qətiyyətlə demək olar ki, "Milli Şura"nın oktyabrın 19-da Bakının mərkəzində icazəsiz aksiya keçirməklə, polislə qarşıdurmaya getməsi, Ə.Kərimlinin pozucu hərəkətlərə yol verməsi, C.Həsənlinin və Gültəkin Hacıbəylinin anormal açıqlamaları xarici agenturanın dəsti-xətti, ermənipərəst dairələrin göstərişidir. Məhz bu kimi səbəblərdən, xalq hər dəfə dövlətçiliyə və milli maraqlara zidd addımlar atan və xarici siyasi qüvvələrin əlində təzyiq alətinə çevrilmiş radikal müxalifəti qəbul etmir. Görünən isə, ondan ibarətdir ki, dağıcı müxalifət ictimai rəyin qınağından nəticə çıxarmır. Əksinə, yaramaz və əxlaqsız siyasi fəaliyyətlərini daha geniş formada nümayiş etdirirlər.

Müxalifəti növbəti qara günlər gözləyir

Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan demokratik inkişaf yolunda inamla irəliləyir. Ölkəmizdə hər bir vətəndaşın mövqeyini açıq şəkildə ifadə etməsi üçün hər cür şərait yaradılmışdır. Ancaq bu, heç də hər hansı bir şəxsə yalan və böhtanla məşğul olmağa, ölkəmizin əleyhinə fəaliyyət göstərməyə imkan vermək kimi başa düşülməməlidir. O cümlədən, ölkə müxalifəti yalnız AXCP və "Milli Şura"dan və Müsavatdan ibarət deyil. Digər müxalifət partyaları da var ki, onlar öz siyasətlərini normal şəkildə apararaq, dövlətçilik maraqlarına zidd hərəkətlərə yol vermirlər. Dağıdıcı ünsürlər konstruktiv qüvvələri müxalifət tərəfi hesab etmir, xəyanətkar və satqın adlandırırlar. Halbuki əsl xainlər elə onların özləridir.

Bir sözlə, artıq müxalifət baş bilənləri özlərinin bəd əməllərinin bədəlini ödəməkdədirlər. Yəqin ki, bundan sonra danışmağa dilləri, vəziyyətdən çıxmağa hesablanan fikirləri olmayacaq. Həm də, ən azı, ona görə ki, artıq Ə.Kərimli ilə A.Hacılını tərəfdaşları onları tənqid edib və istefaya çağırırlar. A.Hacılı isə utanmadan silahdaşlarını ittiham edir. Hətta keçmiş müsavatçıların ünvanına da ittihamlar səsləndirir. Misal kimi A.Hacılının "Yeni Müsavat" qəzetini sərt şəkildə tənqid etməsini göstərmək olar. R.Arifoğlu isə, A.Hacılının iddialarını əssasız adlandırıb. Özünün "facabook" səhifəsində A.Hacılıya ünvanlanan fikirlərində yazır: " A.Hacılı iddia edir ki, "Yeni Müsavat" bizə qarşı kampaniya aparır. Alman polisini də bu hakimiyyət idarə edirmiş, deyir. "Kim harada nə etsə də, bilin ki, arxasında bu hakimiyyət durur" gülünc fikrə yürüdür. Tam qərəz, kor bir nankorluqdur. Çünki bu hadisələr partlaq verəndən bir kəlmə belə yazmadım. Heç yerə açıqlama vermədim. Bir zamanlar canım-həyatım bahasına qurduğum və böyütdüyüm bir partiya iflasa məhkumdur. Məlumatlıyam və prosesin Müsavatın bağlanmasına səbəb ola biləcəyinin fərqindəyəm... Çünki iddiaların bəziləri doğrudur, lakin bu doğrular təsdiqlənərsə, özü cəhənnəm, Müsavat bağlanacaq... Üstəlik, illərdir Müsavat və milli dəyərlərimizə qarşı düşmənlik edən xədicələr onun üstünə ayaq almasın, dost - düşmən bir donqili başqana görə Müsavatı alay yerinə qoymasın, təşkilat daha da dağılmasın deyə, hətta redaktor yazılarında dəstək belə verdirdim... Anlayan, qanan biri olsaydı, mərdimazar və kindar ürəyi imkan versəydi, batdığı yerdə ona uzanan xilas ağacını görə bilərdi".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə