Baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Qarabağ münaqişəsinin nizamlanması və problemin sülh yolu ilə həlli üçün dinc danışıqlara alternativ olmadığını deyib. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, erməni baş nazir Azərbaycanın mövqeyinin yalnız Cənubi Qafqazın təhlükəsizliyi üçün deyil, həm də KTMT ölkələrinin təhlükəsizliyi üçün təhlükəli olduğunu da dilə gətirib.
“İnanıram ki, yeni eskalasiya təkcə Cənubi Qafqaz regionunda deyil, hüdudlarından kənarda da fəlakətli nəticələrə səbəb olacaq. Müharibə vəziyyətində olan Azərbaycan Suriyadakı nüfuzunu itirərək fəaliyyət üçün yeni ərazilər axtaran İslam ekstremistləri üçün əlverişli bir tramplin ola bilər. Eyni zamanda, Azərbaycan ekstremistlərin bütün istiqamətlərdə, cənubda, şimalda, qərbdə və şərqdə fəaliyyətlərini genişləndirə biləcəyi çox əlverişli bir coğrafi platformadır”, deyə Paşinyan bildirib.
Sonra Paşinyan KTMT dövlətlərinın Azərbaycanı silahlandırmaq məsələsinə toxunub. Bildirib ki, KTMT Dağlıq Qarabağ ətrafında yeni bir eskalasiyanın qarşısını almaq üçün lazımi imkanlara malikdir.
Baş nazirin sözlərinə görə, ölkənin mümkün eskalasiyasının qarşısını almaq üçün KTMT təhlükəsizlik maraqları naminə Azərbaycandan yeni silah istəklərini cavabsız qoymalıdır.
“Biz səmimi şəkildə sülhə çalışırıq və təqdim etdiyim konsepsiyaya əsaslanan konstruktiv bir dialoqa hazırıq. Biz danışıqları KTMT-nin dəfələrlə dəstəklədiyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin yeganə beynəlxalq səviyyədə qəbul edilmiş formatında davam etdirəcəyik. Bu kontekstdə Rusiyanın Minsk Qrupunun həmsədrliyinə xüsusi təşəkkürümü bildirmək istərdim”, deyə Nikol Paşinyan yenə də hadisələrə don geyindirməyə çalışıb.
KTMT üzv dövlətlərinin, məsələn, Belarusiyanın Azərbaycana silah verməsi, həmçinin KTMT rəhbərlərinin Azərbaycan prezidentinə dəstəyinin aydın epizodları sübut edir ki, Ermənistan hələ də tərəfdaşlarından, ən azından dövlət səviyyəsində belə sadiqliyə nail ola bilməyib.
Göründüyü kimi, Paşinyan yenə də ən azından açıq şəkildə həmkarlarına mesaj göndərməyə çalışır. Bu o deməkdir ki, hadisələrin Ermənistan üçün heç də yaxşı olmadığını erməni baş nazir çox yaxşı başa düşür. Paşinyan, müharibənin başlamasının qarşısını almaq üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyevə mesaj göndərmə fürsətini də qaçırmayıb və müharibə qərarı verməməsi üçün bir növ az qala yalvarıb. Bəlli olur ki, Paşinyanın müharibə təhlükəsi qorxusu onun kürkünə birə salıb və hətta yuxularını da ərşə çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB