Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə növbəti səyyar qəbul-görüşü Suparibağ inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Qapıçıməhəllə kəndində olub. SİA-nın mə Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.
Sakinlər çıxış edərək respublikada və rayonda getdikcə geniş vüsət alan quruculuq-abadlıq işlərinin onların yaşayışını, həyat səviyyəsini gündən-günə yaxşılaşdırdığını qeyd edərək, bütün bunlara görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Cənab Prezidentin məqsədyönlü siyasəti ilə abadlaşan kəndlər sırasında yaşadıqları Qapıçıməhəllə kəndinin də olduğunu qeyd edərək burada son illər görülən quruculuq, abadlıq işlərindən razılıqla danışıblar.
Səyyar qəbullarda qaldırılan məsələlərin həllinə diqqətlə yanaşdığına görə rayon rəhbərliyindən razılıqlarını bildirən kənd sakinləri kəndin transformatorunun yenisi ilə əvəz edilməsi və elektrik xəttinin SİP kabelləşməsi, avtomobil yolunun təmir edilməsinə köməklik göstərilməsini xahiş ediblər.
İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev görülən işləri yüksək qiymətləndirdiklərinə görə sakinlərə minnətdarlıq edərək bildirib ki, bu kənddə həm sizi, həm də bizi narahat edən əsas vacib məsələ Astaraçayda sahilbərkitmə işlərinin aparılması idi ki, cənab Prezidentin Sərəncamına əsasən bu məsələ artıq həllini tapıb. Bundan başqa kənd üçün mühüm əhəmiyyət daşıyan, kəndi rayon mərkəzi və əksər yaşayış məntəqələri ilə birləşdirən dairəvi avtomobil yolu asfaltlaşdırılmış, yeni məktəb binası tikilərək istifadəyə hazırlanıb.
İcra başçısı Qapıçıməhəllə kənd ümumi orta məktəbində tədrisin vəziyyəti ilə maraqlanıb, Astarada ilk dəfə təşkil olunmuş “Voltran” robototexnika layihəsi ilə tanış olub, yeni quraşdırılan modul tipli binaya baxış keçirərək, tövsiyə və tapşırıqlarını verib.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB