Bu gün Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində 23 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasında bələdiyyə seçkiləri keçirilməsi ilə əlaqədar" Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrası məqsədi ilə bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərin iştirakı ilə dəyirmi masa keçirilib.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edib və tədbir iştirakçılarına geniş məlumat verib. O, tədbirin birbaşa gənclərin ictimai həyatda rolunu artırmaq, ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, informasiya çatışmazlığının aradan qaldırılması, gənclərin seçkilərdə aktiv iştirakı, vətəndaş cəmiyyətinin inkişafına töhvə verilməsi, ümumilikdə demokratiyanın inkişafına kömək göstərilməsi istiqamətinə ünvanlandığını bildirib.
Tədbirdə Masallı rayon 70 saylı Seçki Dairəsinin katibi Sərxoş Nuriyev ,71 saylı Seçki Dairəsinin üzvü Arif Mehtiyev çıxış edərək əvvəlcə Azərbaycan Respublikasında seçkilərin əsas prinsipləri, seçkilər haqqında qanunvericilik, seçki Məcəlləsi, Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər, seçki prinsipləri və vətəndaşların hüquqları, səsvermə qaydaları, seçki komissiyaları, seçici siyahıları və səsvermə sənədləri, seçki məntəqəsində səslərin hesablanması, müşahidəçilik institutu, seçki qanunvericiliyini pozmağa görə məsuliyyət, seçkilərin nəticələri, protokolların tərtibatı haqqında qısa məlumatlar veriblər.
Tədbirdə Masallı rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev çıxış edərək gənclərimizi qarşıdan gələn bələdiyyə seçkilərində fəal olmağa və öz hüquqlarından istifadə edərək layiqli üzvlərə səs verməyi tövsiyə edib.
Daha sonra tədbirin mövzüsü ilə bağlı gənclər münasibət bildirib və onları seçki prosesi ilə bağlı onların ünvanlandığı suallar qonaqları tərəfindən cavablandırılıb.
Yekunda bir qrup gənc seçicilərdən fəallığı ilə seçilən Ağayev Əliəfsər Rüfət oğlu Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb.
Tədbirdə mövzu ilə əlaqədar olaraq idarə tərəfindən hazırlanmış bukletlər baylanılıb.
Əlihüseyn Şükürov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB