"Ümumi müayinə və müalicə paketi üçün 90 manat ayrılıb" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial layihələrin içərisində İcbari Tibbi Sığorta ən əhəmiyyətlisidir. Doğurdan da tibbin, səhiyyənin, insan sağlamlığının insana əlçatan olması onun sosial problemlərinin az qala böyük bir hissəsini həll etmiş olur. Bu həyatın reallığıdır. İnsan xəstələnir və xəstələnəndə onun iş qabiliyyəti aşağı düşür. Təbii ki, müəyyən maddi itkiləri də olur". Bunu SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov deyib.
Deputatın sözlərinə görə, dövlətimizin, möhtərəm cənab Prezidentimizin bu layihəni dəstəkləməsi, siyasi irad ortaya qoyması artıq səhiyyənin, tibbi xidmətin hər kəs üçün əlçatan olması şəraitini yaradacaq: "Bildiyiniz kimi artıq Milli Məclisin həm komitə iclaslarında, həm də plenar iclaslarda İcbari Tibbi Sığortanın 8 maddəsinə 126 əlavə və dəyişikliklər olundu. Bu əlavə və dəyişikliklər ötən müddət ərzində tibbi sığortanın daha mükəmməl işləyə bilməsi üçün pilot rayonlardan və həyatın özünün bugünkü reallıqlarından əmələ gələn dəyişiklikləri ehtiva edərək əlavə və dəyişikliklər olundu. Tibbi sığorta sistemi elə bir sistemdir ki, dünyanın heç bir yerində mükəmməl bir sistem tapmaq mümkün deyil. Yəni hər bir ölkənin özünəməxsus xüsusiyyətləri var.
Məsələn, dünyanın ən texnogen inkişaf etmiş Cənubi Koreya kimi ölkəsində onların böyük problemi ilkin səhiyyə xidmətinin olmamasıdır. Eləcə də qardaş Türkiyədə onların da təcrübə mübadiləsi zamanı tövsiyyə etdikləri bu məsələ idi ki, ailə həkimliyini mütləq önə çəkmək lazımdır. Çünki insanlar xəstələnənməmiş onların profilaktikası aparılmalıdır. Məni yeni olan əlavə və dəyişikliklərin bir neçə müsbət məqamları haqqında məlumat vermək istərdim. Artıq hər bir insan üçün o yük yenə də dövlətin üzərinə düşəcək. Hər bir insan üçün ümumi müayinə və müalicə paketi üçün 90 manat ayrılıb. Bu işləməyənlərə də şamil olunacaq. Bu olduqca böyük bir rəqəmdir. Bundan başqa 2020-ci ildə tibbi sığortanın bütün ölkə üzrə əhatə olunmasıdır. Bu il büdcədən səhiyyəyə ilk dəfə olaraq ümumi daxili məhsulun 5,1 faizi həcmində vəsait ayrılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB