Kimlərə çay içmək zərərlidir? HƏKİM RƏYİ

Kimlərə çay içmək zərərlidir? HƏKİM RƏYİ

Həkim-dietoloq Marina Makişa çayın genetik xüsusiyyətlərindən asılı olaraq sağlamlığa fərqli təsir göstərə bilən bir tonik içki olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mütəxəssis bildirib ki, bu mədə xorası və onikibarmaq bağırsaq xorasından kəskin şəkildə əziyyət çəkənlər, habelə yüksək mədə turşuluğuna malik olan insanlar çaydan məhdud şəkildə istifadə etməlidirlər. Belə olan halda, çoxlu çay qəbulu ürək bulanması və həzm sisteminin selikli qişalarını qıcıqlandırmasına səbəb ola bilir.

Həkimin fikrincə, bununla yanaşı çayın tərkibindəki kofein baş ağrısı və sinir sistemində narahatlıq yarada bilər. Tünd çay ürək döyüntüsünün yüksəlməsinə və mədə şirəsinin güclü sekresiyasına səbəb ola bilər: “Buna görə də hipertaniya və aterosklerozdan əziyyət çəkənlər çay az istehlak etməlidirlər”.

M. Makişa qeyd edib ki, yaşıl çaydan çox istifadə nəticəsində böyrək daşları əmələ gəl bilir: “Çünki yaşıl çayın tərkibində çox miqdarda oksalat - oksalik turşu duzları var. Yuxusuzluqdan əziyyət çəkənlərin tünd çaydan stifadə etməsi məsləhət görülmür. Tərkibindəki tanin beyin fəaliyyətini artırır və qan dövranını aktivləşdirməyə kömək edir. Əgər siz qara və ya yaşıl çay içdikdən sonra yuxusuzluqla bağlı problem yaşadığınızı müşahidə edirsinizsə, o zaman bu içkini məhdudlaşdırmağınız məsləhlidir”.

Həkimin sözlərinə görə, çayın içinə əlavə edilən zəncəfil, limon onu daha da dadlı edir: “Lakin mədə-bağırsaq traktından zəiyyət çəkənlər üçün bu cür əlavələr ziyanlı ola bilər. Həkim, həmçinin stomatit zamanı limondan imtina etməyə çağırıb. Çünki, turşu şiddətli qıcıqlanmaya səbəb ola bilir”.

Dietoloq mədə və bağırsaq problemləri olan insanlara südlü çay içməməyi tövsiyə edib. Mütəxəssis qeyd edib ki, çünki süd antioksidantları neytrallaşdırır və nəticədə narahatlıq yaradır.

Bitki mənşəli çaylara gəlincə, həkim allergiyadan, ürək-damar xəstəliklərindən əziyyət çəkən, eləcə də qan təzyiqini sabitləşdirmək üçün dərman qəbulundan sonra bu cür çaylardan istifadənin təhlükəli ola biləcəyini qeyd edib. Həkim, həmçinin allergik, bronxit, rinit və bronxial astma xəstəliyindən əziyyət çəkənlərin ot çaylarından imtina etməyə çağırıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə