İlham Əliyev: "Molotovu Njde ilə necə eyniləşdirmək olar?!"

İlham Əliyev: "Molotovu Njde ilə necə eyniləşdirmək olar?!"

"Ermənistanın baş naziri Aşqabad Zirvə Görüşündə böyük səhv buraxdı, Soljenitsınla faşisti eyniləşdirdi. Amma heç olmasa, ondan sonra bir nəticə çıxaraydı". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə təşkil olunmuş mərasimdə çıxışı zamanı deyib.

Prezident əlavə edib ki, həm mətbuatda, özü də Rusiya mətbuatında, başqa mətbuatda bunu lağa qoydular ki, bu, nə deyir, nə danışır, bu, nədir?: "Ondan sonra, görün, nə deyir? Rusiya jurnalistləri ilə görüşdə deyir ki, nə olsun ki, Njde Hitlerlə görüşüb, Molotov da Hitlerlə görüşüb. Bax, bilirsiniz, buna daha şərh vermək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri olub, 1939-cu ildə müharibənin mümkünlüyünü aradan qaldırmaq üçün gedibdir, görüşübdür. O, Hitlerə xidmət etmirdi. O, Hitlerə qarşı koalisiyanın başında duran Sovet İttifaqının aparıcı simalarından biri idi. Onu Njde ilə eyniləşdirmək olar?! Mən, eyni zamanda, bu misalları ona görə gətirirəm ki, gənclər yaxşı oxusunlar, gələcəkdə belə gülünc vəziyyətə düşməsinlər, tarixi yaxşı bilsinlər. Amma bunu deyən bu gün o ölkənin rəhbəridir. Yəni, onlardan nə gözləmək olar? Bu sual ritorik sualdır".

Bütün xəbərlər Facebook səhifəmizdə