Nəsimi rayonunda səyyar qəbullar diqqət mərkəzindədir

Nəsimi rayonunda səyyar qəbullar diqqət mərkəzindədir

Prezident İlham Əliyevin vətəndaşların müraciətləri ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli üçün lazımi tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir.

Nəsimi RİH-dən SİA-ya verilən məlumata görə, rayonda 2019-cu ilin noyabr ayının keçən dövrü ərzində RİH başçısı Asif Əsgərov tərəfindən 6 səyyar qəbul və görüş keçirilib. 700-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 37 müraciət dinlənilib. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib, məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılıb. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olub.

Görüşlərdə İlham Əliyevin rəhbərliyi ilə ölkənin tərəqqisi, xalqın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər qeyd edilərək, sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə