"Mehriban Əliyevanın Rusiyaya uğurlu səfəri xarici diplomatiyamızın təkzibedilməz uğurudur" - Bəhruz Quliyev

"Mehriban Əliyevanın Rusiyaya uğurlu səfəri xarici diplomatiyamızın təkzibedilməz uğurudur" - Bəhruz Quliyev

"Azərbaycanla Rusiya arasında münasibətlər söz yox ki, qədim və keşməkeşli tarixə, mehriban qonşuluq və dostluq ənənələrinə söykənir". Bu fikirləri "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı təhlilində qeyd edib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ilə əməkdaşlıq məsələsi dövlətimizin xarici siyasətində həmişə prioritetlik təşkil etməklə yanaşı, həm də strateji əhəmiyyət kəsb edib: "Bu gün də hər iki ölkənin liderləri-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin bu münasibətlərin daha da dərinləşdirilməsi, iqtisadi-ticari əlaqələrin genişlənməsi istiqamətində uğurla fəaliyyət göstərirlər, dinamik inkişaf üçün davamlı fəaliyyət göstərirlər. Prezidentlər və digər yüksək postlar səviyyəsində müntəzəm siyasi dialoqlar, müzakirələr aparılır".

Siyasi ekspert vurğulayıb ki, Azərbaycan və Rusiya beynəlxalq arenada da bir-birinə müntəzəm dəstək verirlər: " Məhz bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti, xanım Mehriban Əliyevanın Moskvaya rəsmi səfəri zamanı keçirdiyi görüşlərdə də bütün bunlar barəsində söhbətlər aparıldı, qənaətlərə gəlindi. Xüsusilə, Mehriban Əliyevanın noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündə ona RF-nin "Dostluq" ordeninin təqdim olunması Moskva-Bakı münasibətlərinin nə qədər yüksək dərəcədə zirvələrə qalxdığını, tərəqqi etdiyini isbatladı. Belə ki, Vladimir Putinin Rusiya Prezidenti Mehriban Əliyeva ilə görüşərkən, ilk növbədə, cənab İlham Əliyev ilə böyük etimada əsaslanan mehriban münasibətləri olduğunu bəyan etməsi də bu xüsusdadır".

B.Quliyev qeyd edib ki, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin artan həcmindən məmnun olduğunu bildirən Rusiya Prezidentinin dediyi kimi, Azərbaycanda rus dili və mədəniyyətinə münasibətin qorunub saxlanması da bu kimi yüksək meyarlara söykənən amillərdəndir: "Mehriban xanım Əliyeva isə Moskvanın onun üçün yaxın, doğma şəhər olduğunu, tələbəlik illərinin burada keçdiyini xatırlatması isə mövcud münasibətlərin inkişafına müsbət təsirlərin olmasına müsbət təsirlər göstərdiyini vurğulayıb. Ümumiyyətlə, Mehriban xanım Rusiya ilə Azərbaycan arasında humanitar sahədə münasibətlərin yüksək səviyyədə olduğunu, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox böyük hörmət bəslənildiyini də qeyd etməklə, qarşılıqlı əlaqələrin mühümlüyünü də vurğulayıb. Mehriban xanım Moskvaya rəsmi səfəri çərçivəsində Rusiya hökumətinin sədri Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenko tərəfindən də hərarətlə qarşılanıb. Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulmuş "Azərbaycan" pavilyonunun açılış mərasimində iştirak və çıxış edib və bu gerçəkliklər bütün bunlar şimal qonşumuz Rusiyanın Azərbaycanla yüksək səviyyəli münasibətindən xəbər verir. Əlbəttə ki, bizlər İnanırıq ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Moskvaya səfəri bu münasibətləri daha da möhkəmləndirəcək. Bütövlükdə isə, Azərbaycanın qüdrəti və gücünün istər Rusiyada, istərsə də MDB məkanındakı rolu və əhəmiyyəti daha dərindən anlaşılaraq qəbul ediləcək. Bu, həm də bizim dövlətimizin xarici diplomatiyasınln təkzibedilməz uğurudur".

Bütün xəbərlər Facebook səhifəmizdə