Türkiyədə daha 91 FETÖ tərəfdarı saxlanılıb

Türkiyədə daha 91 FETÖ tərəfdarı saxlanılıb

İstanbul Baş Prokurorluğunun terror və mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi FETÖ terror təşkilatına üzv olan hərbçilərin saxlanılması istiqamətində əməliyyatları davam etdirir. SİA xəbər verir ki, bu məqsədlə Türkiyənin 17 şəhərində eyni zamanda keçirilən əməliyyatlar nəticəsində daha 91 nəfər saxlanılıb. Saxlanılanlar arasında yüksək rütbəli zabitlərin və din xadimlərinin də olduğu bildirilir.

Bu istiqamətdə əməliyyatlar fasiləsiz həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə