Azərbaycana səfərdə olan ABŞ prezidentinin Elmi məsələləri üzrə elçisi Alis Qast bu gün Bakı Dövlət Universitetini ziyarət edərək universitetin rektoru, millət vəkili akademik Abel Məhərrəmovla görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı Abel Məhərrəmov ABŞ-ın təhsil sahəsindəki təcrübəsindən faydalanmağın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını da diqqətə çatdırıb. Öz növbəsində qonaq isə Azərbaycanda səfərdə olduğu zaman müasir texnologiyalardan istifadə olunaraq təhsilin maddi-texniki bazasının yaxşılaşdırıldığının şahidi olduğunu vurğulayıb.
Görüşdə həmçinin tələbələrin ABŞ-da təhsil almaları, gənclərin təhsilə marağının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə müzakirələr aparılıb. Ziyarət zamanı Qast BDU-nun kitabxanasında ABŞ-ın USAİD (United State Agency İnternational Development) və IREX təşkilatları tərəfindən maliyyələşdirən pulsuz Wİ-Fİ zonasının açılış mərasimində iştirak ediblər.
Azərbaycana səfər zamanı Alis Qast Azərbaycan hökumətinin yüksək rəsmi şəxsləri, o cümlədən nazirlər, elm və təhsil sahəsinin nümayəndələri və başqa rəsmiləri ilə müxtəlif görüşlər keçirib. Kimya mühəndisliyi sahəsində doktor dərəcəsi alan Qast bir çox elmi araşdırmanın müəllifidir. 2006-cı ildən Lihay Universitetinin rektoru olan Alis Qast Amerika Assosiasiyası Şurası, Amerika Kimya Cəmiyyəti, Kimya mühəndisləri Amerika İnstitutu və Amerika Fizika Cəmiyyətinin üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB