Yaxud Allahverdi adına layiq olmayan hiyləgər sifət
Dəfələrlə vurğulamışam, ancaq bezməmişəm özünün qondarma "Aslan" adı ilə "qürur" duyaraq, bu ölkənin uğurlarına qısqanclıqla yanaşan belə "vəkillər" ancaq erməni xislətli olur. Bu gün Aslan İsmayılov kimi, adı ilə öz-özünü "aslan" sayan, əslində isə, heç həşarat qədər görünməyən və zaman-zaman erməni yarlığı ilə gəzən, başdan-ayağa saxtakar olan, həftə səkkiz, mən doqquz, boşboğazlıq edən, dövlətə və xalqa böhtan yağdıran A.İsmayılov ömür boyu erməniyə işlədiyini görünür unudub. Və elə zənn edir ki, XALQ TARİXİ UNUDUB. Ay bədbəxt erməni vəkili, tarix unudulmur!
Bu günlərdə ölkə rəhbərinin Sumqayıtın 70 illik yubileyi zamanı Sumqayıt hadisələri ilə bağlı səsləndirdiyi faktlar, bir daha sübut etdi ki, TARİX UNUDULMAYIB. Bəli, xəyanətkar, erməniləşmiş A.İsmayılov ermənilərlə təkcə bu gün yox, 1988-ci ildən işləyib. Məşhur Sumqayıt hadisəsində də ermənilərin yanında dayanaraq, Azərbaycan övladları barədə hökm çıxarıb.
Hafiz Hacıyev: "Erməniləşən Aslan İsmayılov əməllərinə görə cavab verməlidir"
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Aslan İsmayılovun bütünlüklə cinayətkar olduğunu deyərək sual edir ki, bu adam vətəninə, dövlətinə xəyanət edibsə, niyə bu gün cəzasını almır: "Psixiatrlar insanda özünütənqid hissinin itməsini şizofreniyanın bariz əlaməti hesab edirlər və sovet sisteminin dağılması ilə aqoniya yaşamış cəmiyyətlərdə şizofreniyadan əziyyət çəkən fərdlərin özlərini "prezident postunda" görməsi faktlarına sıx-sıx rastlaşılır. A.İsmayılovda şizofreniya xüsusiyyəti daha çoxdur. Çünki o, başqa ölklərin maraqlarına xidmət edir. Bu gün hesab edirəm ki, bu istiqamətdə araşdırmaları daha da dərinləşdirmək lazıdır. O zaman Aslan İsmayılovun da əməlləri üzə çıxacaq. Məlum olacaq ki, həmin xəyanətkar şəbəkənin əsas siması elə odur".
Partiya sədri, onu da vurğulayıb ki, A.İsmayılovun məhkəməyə müraciət etməsi heç nəyi dəyişməyəcək: "Bu adam özü xəyanət içində batır. Məhkəmə ilə bizi qorxuda və həqiqəti deməkdən çəkindirə bilməz. Biz onun özünü məhkəməyə veririk".
Göründüyü kimi, A.İsmayılov, nə edirsən et, kimin kim olduğunu hamı yaxşı bilir. Atalar demişkən: dəvəquşu başını quma basır, elə zənn edir ki, heç kim görmür. Sən get o nağılları öz səviyyəndə olanlara söylə. Səni qınamırıq, çünki xəmirin belə yoğrulub. İllərlə "vəkili" oldun, ictimai-siyasi mühitdə boy göstərməyə çalışdın, amma alınmadı. Çünki sənin seçdiyin yol xəyanət, böhtan oldu, bunun da sonu bəllidir - törətdiyin əməllərinə görə cəza çəkməlisən. Çünki Aslan İsmayılovun bütün əxlaqsız hərəkətləri erməniləşməklə yanaşı, həm də mənəviyyat çirkaba bulaşmış erməni xislətlidir. Erməniləri müdafiə edə-edə, onların yanında dayana-dayana ermənilər kimi özü üzərində yazıqlıq, haqsızlığa məruz qalmışlıq imici yarada-yarada siyasi və maddi dividend toplayır, mal-dövlət yığır. Ancaq Aslan İsmayılov bilməlidir ki, xalq və dövlət maraqlarımıza qarşı törətdilən çoxsaylı xəyanətlərinin cavabını verilməsinin zamanı çatıb. Çox da baş-ayaq atma, Aslan İsmayılov, əlahəzrət qanun qarşısında cavab verəcəyin gün elə də uzaqda deyil!
Fransız psixoloq Julyer iddia edir ki, insanlarda satqınçılıq və xəyanət simptomları bir dəfə formalaşırsa, bu sistemli şəkildə davamlı olur və ətraf mühitdə ikrah yaranır. Bu məntiqlə yanaşsaq, aydın olur ki, bu gün A.İsmayılov illərdi ki, eyni mühitdə qalıb, zaman-zaman Azərbaycan xalqına xəyanət edib.
Bu yerdə Dostoyevskinin təsvir etdiyi kimi cinayəti törədib, onun cəzasından qaçmaq mümkündür. Amma o cinayətin qorxusundan çıxmaq, əsla, mümkün deyil. Bu gün A.İsmayılov da cinayətinin, xəyanətinin qorxusu ilə baş-başa qalıb. Və bu qorxu o həddə açtıb ki, artıq qorxu insanların yaşam tərzinə çevrilib. Buna, sadəcə olaraq, TƏSSÜF etmək olar.
Xəyanətkar "hüquqşünas"ın quduzluğu
Bu yerdə, deməliyəm ki, həqiqətən də, itin quduzlaşması düzələn deyil. Atalar yaxşı deyib ki, bələdçisi qarğa olanın dimdiyi həmişə zibillikdə olar. Çünki Azərbaycana qarşı aparılan antimilli "savaş"ın sonu iflasa uğrayır. Və bu gün A.İsmayılovun etdiyi cinayətlərə görə xalqın
onun cəzalandırılması tələbi yerində səslənən tələbdir. Təbii ki, ölkə başçısı dəfələrlə anti-Azərbaycan qüvvələrə qarşı siyasi iradəsini qəti şəkildə ortaya qoyub. Hətta bu qüvvələrə qarşı Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun da davamlı yazıları göstərir ki, bu qüvvələr iflasa uğramış bir zümrəni təmsil edir. Əli Həsənovun təbirincə desək, xaricdən maliyyələşən və idarə olunan "iaşə müxalifəti" nə qədər cəhd etsə də, ölkəmizin suverenliyinə xələl gətirə bilməz. Və ölkə başçısı İlham Əliyevin siyasi iradəsi qarşısında isə, bütün antimilli qüvvələr məğlubiyyətə məhkumdurlar.
Və şübhəsiz, özünü cəmiyyətə milli-azadlıq hərəkatının fəallarından biri kimi, eləcə də, "təcrübəli vəkil" olaraq təqdim edən A.İsmayılov bilməlidir ki, qaranlıq fəaliyyətinin qaranlıq sonu iflasa məhkumdur.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB