Artıq tamah baş yarar - MƏQALƏ

Bəli, yarar, özü də necə yarar. Almaniyanın hüquq-mühafizə orqanlarının Müsavat partiyasının keçmiş üzvlərinin - cinayətkar şəbəkəyə daxil olan 7 nəfərin həbs edilməsi və saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi Müsavat başqanı Arif Hacılının, necə deyərlər, kefinə yaman soğan doğradı. Cidanı çuvalda gizlətmək olmaz. Çünki 26 ildən bəri erməni yalı ilə yemlənən Arif Hacılı kimi satqınlar hər gün bir cinayətkarı, Vətən xaininin adını ya "siyasi məhbus" qoyur, ya da "siyasi mühacir" adı ilə Azərbaycana qarşı böhtan və şər yağdıranda, bilmirdi ki, gec-tez hər şey üzə çıxacaq. Nəinki üzə çıxıcıq, hətta ətrafında olan "dostları" da üzə duracaq. Bax, budur, satqınların, yalaqların iç üzü. Belədir, ya yox, cənab misterlər?

Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır. İstər Əli Kərimli, istər İsa Qəmbər, istər Arif Hacılı və... bu kimi məxluq və dələduzlar və onların törəmələri orduxan teymurxanlar, tural sadıqlılar, həbib müntəzirlər, məhəmməd mirzəlilər, elmir şirəliyevlər, camal seyidlilər, pərviz abdullayevlər, pərvin ismayılovlar, zaman bünyatovlar, orxan həbiblilər, vəfa əlizadələr Vətəninə, millətinə dönük xəyanətkarların üzünə tüpürmək lazımdır və belə satqınlar tarixə də satqınlar kimi düşəcəklər.

"Siyasi mühacir"lərin maşasına çevrilənlər unudurlar ki, hansısa "gedişlərlə" özlərinin məkrli niyyətlərini ört-basdır etsələr də, bu baş tutmur və tutmayacaq da. Çünki sular durulduqca, bəzi qaranlıq mətləblərə işıq düşdükcə, ermənilərlə və anti-Azərbaycan dairələrlə işbirliyində olan bu üzdəniraq "söyüş makinalarına" qarşı ictimaiyyətimizin nifrəti daha da artır. Ona görə ölkəmizdə sabitliyi, inkişafı istəməyən, milli maraq və mənafelərimizə zərbə vurmağa çalışan, xalqımızın milli-mənəvi və əxlaqi dəyərlərini hədəfə alan daxili və xarici qüvvələrin öz niyyətlərini həyata keçirmələrinə heç vəchlə imkan verilməyəcək.

Bu yerdə "Uzaq sahillərdə" filmindəki satqın Karranti ilə Mixaylo arasındakı dialoq yada düşür: "Mən alman deyiləm, Mixaylo, mən italyan da deyiləm, mən... - Sən ancaq alçaqan!" Doğurdan da, xainlərin, satqınların, şərəfini satmışların nə vətəni, nə də milliyyəti olur.

Bu gün Müsavat başqanı Arif Hacılı olanları etiraf etsə də, üzünə duranların sayı yağışdan sonra çıxan göbələklər kimi artmaqdadır. Elə bu günlərdə Müsavat partiyasının məclis üzvü Könül Şamilqızı şəxsi "feysbuk" hesabında paylaşaraq bildirib ki, Avropadakı "moşenniklər" sıralarını genişləndirmək üçün, hətta Müsavata üzv olmayanlara "siyasi mühacir" sənədi vermək üçün "müsavatçı" edərək, oların əli ilə Azərbaycana qarşı böhtanlar yağdırmaqla qrant əldə etmək istəyi bu dəfə alınmadı. Bu faktlardan necə çəkinmək olar? K.Şamilqızı bildirib ki, əvvəllər başqa partiyada olanlar da "Müsavat"dan keçmiş tarixlə arayış alıblar: "Fakta əsaslanmaq istəyirəm. Səbuhi Hümmətov adlı əvvəlcə müsavatçı, sonra Sülhəddin Əkbərin partiyasına üzv olan, ardınca Qubad İbadoğlunun yanında durub, Müsavatı söyən bir adam keçmiş tarixlə Müsavat üzvü arayışı alıb. Təbii ki, avtomatik olaraq başqan aşiqi olub. İlham Həsənin və digərlərinin bu barədəki skreenləri durur".

Bax, budur reallıqlar. Bax, budur rəzalət. "Qozbeli qəbir düzəldər", görünür, nə Arif Hacılını, nə Əli Kərimlini, nə İsa Qəmbəri nə... bu kimi iblis xislətli qrant dəllallarını heç qəbir də düzələdə bilməz. Çünki ana bətnindən əyri doğulan bu satqınların yeri ancaq arxivin zibilliklərdir. Nə deyəsən, belə şərəfsiz və əxlaqsızlara? Bu xalqın və bu dövlətin haqqını yediyinizə görə LƏNƏT OLSUN SİZİN İYLƏNMİŞ, ERMƏNİ ÜFUNƏTLİ CƏMDƏYİNİZƏ! "Balıq başından iylənər". Bu gədaları quduz oğru itlərə bənzətmək doğru olardı. E.Fətullayev özünün "facebook" hesabında ilginc iddia ilə çıxış edərək bildirib ki, murdar düşərgə virusları oğru itləri yamsılayır: "Əgər 1992-ci ildə Ayaz Mütəllibov bu satqınları quduz itləri kimi güllələsəydi, Azərbaycan siyasətindən belə üfunət gəlməzdi... Üfunət iyi verənlər "siyasi mühacir" adı ilə Avropanın zibilliklərində eşələnirlər. ABŞ-da yaşayan xəyanətkar Sevinc Osmanqızı üfunət iyi verən əsl satqınçılıq, xəyanətkarlıq, riyakarlıq və nəhayət, həyasızlıq ünsürləridür".

Bax, budur reallıq. Fakt faktlığında qalır. Və bu faktı da unutmayın ki, hakimiyyət həmişə xalqla bir yerdə olub sizin kimi artıq tamah edənlərin başları elə yarıla-yarıla qalacaq, necə ki qalırsınız!

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə