Azərbaycan-İsrail əlaqələri daha da genişlənir - FOTOLAR

Azərbaycan-İsrail əlaqələri daha da genişlənir - FOTOLAR

24 noyabr 2019-cu il tarixdə İsrailin paytaxtı Təl-Əvivdə “İsrail-Azərbaycan beynəlxalq assosiasiyası “Azİz”-in III qurultayı keçirilib. Qurultayın işində Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə Azarbaycan nümayəndə heyəti iştirak edib.

Nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Mətanət Baqiyeva, Quba RİH-nin Qırmızı Qəsəbə üzrə nümayyəndəsi Pisax İsakov, Ümumdünya Yəhudilər Konqresinin vitse-prezidenti Matvey İlizarov və Dövlət komitəsinin əməkdaşları təmsil ediblər.

Qurultayı Azİz-in idarə heyətinin üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yegana Salman açıb. Qurultayda giriş sözü ilə çıxış edən Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov geniş məruzə ilə çıxış edərək rəhbərlik etdiyi Komitənin işi barəsində, yeni layihələr və planlar barədə danışıb. Dövlət Komitəsinin sədri son illərdə Azərbaycan-İsrail əlaqələrinin daha da inkişaf etdiyini və bu istiqamətdə “Azİz” İsrail-Azərbaycan beynəlxalq assosiasiyasının böyük rol oynadığını bildirərək İsraildə fəaliyyət göstərən Azərbaycan diasporunun bu işdə fəal iştirak etdiyini bildirib.

Qurultayda çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev Azərbaycan və İsrail arasında hökumətlərarası səviyyədə uğurlu qarşılıqlı əlaqələrdən və bu sahədə mövcud olan potensiallardan danışıb. O Assosiasiyanın fəaliyyətini yüksək qiymətləndirərək qurultay iştirakçılarına Azərbaycan və İsrail dövlətləri və xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi istiqamətindəki fəaliyyətlərində uğurlar arzu edib.

İsrail tərəfdən İsrail Knessetinin deputatı Mark İfraimov çıxış edərək nümayyəndələri salamlayıb və İsrail-Azərbaycan əlaqələrinin mövcud vəziyyətindən və prespektivlərindən danışıb.

Qurultayın təşkilat komitəsinin sədri Yuriy Boçarov idarə heyətinin hesabat məruzəsi ilə çıxış edib. Məruzədə assosiasiyanın fəaliyyəti barədə və gələcədə qarşıda duran vəzifələr barədə qurultay iştirakçılarına məlumat verilib.

Lev Spivak yenidən yekdilliklə Assosiasiyanın sədri seçilib. Yenidən Assosiasiyanın sədri seçilmiş Lev Spivak göstərilən etimada görə qurultay iştirakçılarına öz minnətdarlığını bildirərək assosiasiyanın fəliyyət istiqamətləri və qarşısında duran vəzifələrdən danışıb.

Qurultay İsrailin məşhur musiqi kiollektivlərinin iştirakı ilə konsert proqramı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə