Prezidentin 15 oktyabr 2018-ci tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına Astara şəhərində tikintisi nəzərdə tutulan 48 mənzilli yaşayış binasının inşası başa çatdırılaraq bu günlərdə əhalinin istifadəsinə verilib. SİA-nın məlumatına görə, rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya əhalinin müraciətlərinə əsasən yaşadıqları evlərə baxış keçirmiş, daha çox ehtiyacı olan şəxslərə yeni binada mənzillərin verilməsi müəyyən edilib.
İcra başçısı Qəzənfər Ağayev binanın sakinlərinə orderləri təqdim edərək onları təbrik edib. Bildirib ki, bu gün vətəndaşlarımız köhnə, şəraitsiz evlərdən belə yaraşıqlı, hər cür kommunal şərati olan yeni mənzillərə köçür, arzularına qovuşurlar. Dünyanın heç bir dövlətində, hətta, güclü iqtisadiyyata malik inkişaf etmiş ölkələrdə belə, vətəndaşlara dövlət hesabına, təmənnasız evlər verilmir. Ancaq cənab Prezidentimiz yüksək humanistlik göstərərək, nəinki imtiyazlı şəxslərə, hətta adi vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün qərarlar qəbul edir, sərəncamlar verir. Biz bu gün belə bir qərarın bariz nümunəsini görürük. Onu da qeyd edim ki, elə bi binanın qonşuluğunda cənab Prezidentin 03 iyun 2019-cu il tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş rayon sakinləri üçün 36 mənzilli daha bir binanın inşasına başlanıb.
Yeni binada mənzilə sahib olan sakinlərdən Yazgül Əliyeva, Zakir Ramazanov, Hafizə Məmmədova, Sevil Lətifova, Qızlar Əliyeva və başqaları çıxış edərək bu soyuq qış günündə onlara isti mənzillər hədiyyə etdiyinə, köhnə, şəraitsiz taxta evlərinin əvəzində bütün kommunal xidmətlərlə əhatə olunmuş yaraşıqlı mənzillər verdiyinə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə sonsuz məhəbbətlərini bildirərək minnətdarlıq ediblər.
Sonda icra başçısı Qəzənfər Ağayev sakinlərlə birlikdə yeni mənzillərə baş çəkmiş, onları bir daha təbrik edərək xoş arzularını bildirib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB