Məktəblilərin Naxçıvan Döyüş Şöhrəti Muzeyində açıq dərsi keçirilib

Məktəblilərin Naxçıvan Döyüş Şöhrəti Muzeyində açıq dərsi keçirilib

Yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində növbəti açıq dərs olub. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, Naxçıvan şəhərindən 11, 12 və 17 nömrəli, Babək rayonundan Cəhri kənd 1 və 2 nömrəli tam orta məktəblərin hərbi rəhbərləri və yuxarı sinif şagirdləri açıq dərsə cəlb ediliblər.

Burada məktəblilərə Naxçıvan Döyüş Şöhrəti Muzeyində müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilən eksponatlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, muzeyin ümumi sahəsi 13 min kvadratmetrdir. Burada müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş 37 adda silah, texnika və qurğular - haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları, “Mi-8T” döyüş-nəqliyyat vertolyotu, yerqazan və maneələğvetmə maşınları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyor və döyüş kəşfiyyat maşınları, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə