BDU-nun kollektivi və məzunları Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı Dövlət Universitetinin (BDU) kollektivi və məzunları bu ali məktəbin təsis olunmasının 100 illik yubileyi münasibətilə noyabrın 25-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini еhtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qоyublar. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB