Yeni Salyan yolu yenə sürüşdü - Baş nazir və mer hadisə yerinə getdi

Yeni Salyan yolu yenə sürüşdü - Baş nazir və mer hadisə yerinə getdi

Bakıda, 20-ci Sahə adlanan ərazidən keçən yolda sürüşmə baş verib. SİA-nın verdiyi məlumatına görə, sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda hərəkət dayandırılıb. Ərazidə sürüşmə zonasının aktiv olduğu güman edilir.

Sakinlərin verdiyi məlumata görə, yolda gecə saatlarında da növbəti torpaq sürüşməsi baş verib. Bu səbəbdən təhlükəli ərazinin sahəsi genişlənib. Hadisə ilə əlaqədar yolda gediş-gəliş bağlanıb. Sürüşmə zonasına nəzarət gücləndirilib, ərazi əhatəyə alınıb, hadisə yerinə yol polisi, post partrul əməkdaşları və təcili yardım cəlb edilib.

Baş nazir Əli Əsədov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə baş verən əraziyə gedib. İcra başçısı və qurumun xidmət rəhbərləri hadisə yerinə baxış keçiriblər.

Qeyd edək ki, avtomobillərin hərəkəti köhnə yol ilə "20-ci Sahə" adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə