Ombudsman: "Cinsinə görə ana bətnində dölün məhv edilməsi son illər kişilərinin sayının artmasına səbəb olub"

Ombudsman: "Cinsinə görə ana bətnində dölün məhv edilməsi son illər kişilərinin sayının artmasına səbəb olub"

Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycan əhalisi arasında qadınların sayı 51 faizdən 46 faizə düşüb. Cinsinə görə ana bətnində dölün məhv edilməsi son illər kişilərinin sayının artmasına səbəb olub. Bunun kökündə məişət zorakılığı, ayrı-seçkiliyin müxtəlif formaları, xüsusən də cinsi ayrı-seçkilik durur. SİA-nın məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanova ATƏT-in Bakı ofisinin "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun implementasiyası: məlumatlandırma və beynəlxalq təcrübə" mövzusunda təşkil etdiyi konfransda bildirib. O, məişət zorakılığının təhlilinin və dəqiq statistikasının aparılmasını və bunun nəticəsində problemlə mübarizədə konkret mexanizmlərin hazırlanmasını vacibliyini vurğulayıb.

 

O, qeyd edib ki, qadın hüquqlarının pozulmasına daha çox əmək bazarında, sahibkarlıqda, kreditlərin verilməsində, ailədə və digər sahələrdə rast gəlinir: " Qadınların iş tapmaq baxımından kişilərlə bərabər imkanlara malik olmaması onların ailədə iqtisadi baxımdan kişilərdən asılı vəziyyətə düşməsi və qərarvermə prosesindən kənarlaşdırılması ilə nəticələnir".

Bütün xəbərlər Facebook səhifəmizdə