DGK-ya 444 minədək elektron müraciət ünvanlanıb

DGK-ya 444 minədək elektron müraciət ünvanlanıb

Cari ilin oktyabrında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 443 min 737 elektron müraciət daxil olub. Komitədən SİA-ya bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu, gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə