“Xəzər – Yaşıllıqlar Məkanı” adlı ağacəkmə aksiyası keçirilib

23 noyabr 2019-cu il tarixində Xəzər rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi münasibətilə “Xəzər – Yaşıllıqlar Məkanı” adlı ağacəkmə aksiyası keçirilib. Xəzər Rayon İcra Hakimiyyəti, YAP Xəzər Rayon Təşkilatı, Xəzər Rayon Gənclər və İdman İdarəsinin təkilatçılığı, “ASAN” Könüllüləri və “Beta-Tea” şirkətinin təşkilati dəstəyi ilə rayonun Mərdəkan qəsəbəsində keçirilən ağacəkmə aksiyasında Xəzər RİH-nin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər RİH başçısının müavini Vüqar Novruzov və Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də YAP Xəzər rayon təşkilatının fəal üzvləri, “ASAN” Könüllüləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilən aksiya zamanı 1000 ədəd “Çinar” ağacı əkilib.

Xəzər rayonunda ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə rayonun bütün ərazisi boyu mütəmadi olaraq genişmiqyaslı abadlıq, yaşıllaşdırma işləri həyata keçirilir. Rayonda ətraf mühitin mühafizəsinə və yaşıllıqların arıtırılmasına töhfə verən bu cür ağacəkmə aksiyaları davamlı olaraq keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...