Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mədəniyyət Nazirliyi arasında “Azərbaycan xalqının mənəvi dəyərlərinin təbliği və dini radikalizmə qarşı mübarizə”yə dair 2019-cu il üçün birgə tədbirlər planına əsasən DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan xalqının birgəyaşayış mədəniyyəti və multikulturalizm təcrübəsi” mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli və rayonun mədəniyyət işçiləri iştirak ediblər.
Çıxışlar zamanı xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində tolerant və multikultural ənənələrdən bəhs edilərək bu ənənələrin birgəyaşayış mədəniyyətini təşkil etdiyi vurğulanıb. Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm İli”, onun məntiqi davamı kimi 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi tolerant və multikultural dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çardırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB