"Erməni lobbisinin güclü olduğu ölkələrdən biri də Bolqarıstandır" ÖZƏL-MÖVQE

"Erməni lobbisinin güclü olduğu ölkələrdən biri də Bolqarıstandır". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

"Təsadüfi deyil ki, faşist Qaregin Njde də uzun illər bu ölkədə yaşayıb. Erməni lobbisi və ona qulluq edənlər Bolqarıstanda bu gün də əhəmiyyətli rol oynayırlar. Məsələn Bolqarıstanın baş naziri Bakıya səfər etdikdən sonra erməni lobbisi bu səfərin təsirini azaltmaq üçün təcili Bolqarıstan prezidentinin İrəvana səfərini təşkil etdilər. Və ya Azərbaycan qazının alıcıları arasında Boqlarıstan da var. Hətta Azərbaycan Dövlət Neft Şirkətinin Bolqarıstanda qaz paylayıcı çalışmalara başlayacağı müzakirə edilir. Ancaq həmin erməni lobbisi bunun qarşısını almaq üçün var gücü ilə çalışır. Erməni lobbisi Bolqarıstan Xarici İşlər Nazirliyinə o qədər sirayət edib ki, həmin lobbi Bolqarıstanın müxtəlif ölkələrə səfir təyinatına da təsir etmək gücündədir. Bolqarıstanda Azərbaycan və Türkiyə ilə münasibətlərə önəm verən mərkəzlər, siyasətçilər və diplomatlar da var, ancaq onlar bəlli qüvvənin təzyiqi ilə də üz-üzədirlər"-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə