Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatlar İttifaqı nəzdində qaynar xətt yaradılıb

Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatlar İttifaqı nəzdində qaynar xətt yaradılıb
Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatlar İttifaqı nəzdində qaynar xətt yaradılmasının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə ATGTİ idarə heyətinin üzvləri, təşkilatın fəalları və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə təşkilatın nümayəndəsi açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyət Planı"nın təsdiq edilməsi barədə sərəncamına əsasən 10 mart 2011-ci il tarixindən etibarən ATGTİ daxilində ali təhsil müəssisələrində korrupsiya halları ilə mübarizə işinə yönəlmiş qaynar xəttin fəaliyyətə başlaması haqqında məlumat verib.

Nümayəndə qaynar xəttin yaradılmasının məqsədlərindən söz açıb. Onun sözlərinə görə, tələbələrin hüquqlarını müdafiə etmək, ali və orta ixtisas təhsili müəssisələrində korrupsiya hallarının qarşısının alınmasına kömək göstərməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə