Yaxın vaxtlarda Xızı müalicə və diaqnostika mərkəzi istifadəyə veriləcək

Yaxın vaxtlarda Xızı müalicə və diaqnostika mərkəzi istifadəyə veriləcək
Bu yaxınlarda yeni tibb mərkəzlərinin açılışı gözlənilir ki, onlardan biri də bu il ərzində Xızı müalicə və diaqnostika mərkəzinin istifadəyə verilməsidir. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin vitse- prezidenti Bədəl Bədəlov bildirib.

O qeyd edib ki, ARDNŞ tərəfindən bir çox sosial layihələr həyata keçirilir və bir çox regionlarda diaqnostika mərkəzləri inşa edilir: "Bu kimi obyektləri inşa etdirməkdə əsas məqsədimiz insanlara yüksək səviyyədə xidmət göstərməkdir".

Bununla yanaşı, ilin sonuna yaxın Qusar rayonunda mərkəzi xəstəxanasının tikilişinin də planlaşdırıldığını deyən B. Bədəlov: "Bu xəstəxananın da bu il istifadəyə verməyi nəzərdə tuturuq. İşçilərin sosial rifahının yaxşılaşdırmaq, iş şəraitini daha da müasir tələblərə cavab verən vəziyyətə gətirmək üçün ARDNŞ tərəfindən xüsusi sosial layihələr proqramı mövcuddur və onların tətbiqi davamlı şəkildə həyata keçiriləcək",- deyə əlavə edib.

Sosial İnkişaf İdarəsinin vitse- prezidenti onu da vurğulayıb ki, regionlarda 10 diaqnostika mərkəzi fəaliyyət göstərir: "Bu yaxınlarda Füzuli tibb mərkəzini istifadəyə vermək istəyirik. Hazırda həmin tibb mərkəzi üçün kadrların hazırlanması üçün işlər gedir. Regionlardakı diaqnostika mərkəzlərində işləmək üçün həkimləri vəzifəyə götürəndə çalışırıq ki, onlar ixtisaslı kadrlar olsun. Bildiyiniz kimi, hazırda bizim diaqnostika mərkəzlərində yüksək standartlara cavab verən avadanlıqlar istifadə olunur. Biz də çalışırıq ki, Neftçilər xəstəxanası vasitəsilə həkimlərin təkmilləşmə kursunu keçirək və həmin işçilər avadanlıqlardan istifadə etməyi lazımi şəkildə bacarsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə