Mərkəzi Neftçilər Xəstəxanasına beynəlxalq keyfiyyət idarəetmə sistemi sertifikatı təqdim olunub
Bu gün Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) beynəlxalq keyfiyyət idarəetmə sistemi sertifikatı təqdim olunub. SİA-nın məlumatına görə, tədbirdə iştirak edən xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev MNX-da göstərilən tibb xidmətlərinin dünya standartları səviyyəsinə çatdırıldığı və bu səhiyyə ocağının maddi- texniki bazasının daim yeniləşdirilməsi, tibbi kadrların mütəmadi olaraq təkmilləşdirilməsi məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin vitse- prezidenti Bədəl Bədəlov qeyd edib ki, hazırda şirkətimizin bir sıra müəssisələrində bütün dünyada qəbul edilən və müəssisəyə faydalı olan "TS EN İSO 9001: 2008" beynəlxalq keyfiyyət idarəetmə sistemi standartı tətbiq olunur: "ARDNŞ Sosial İnkişaf İdarəsinin struktur bölməsi olan MNX-nın da bir sıra tenderlərdə iştirak etməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və daimi inkişafa nail olunması üçün bu sertifikatı alması zərurəti yaranıb. Bu sertifikatlaşdırılmada köməkliyin göstərilməsi məqsədilə ARDNŞ Sosial İnkişaf İdarəsi Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinin təşkil etdiyi kurslarda Türk Standartları İnstitutu mütəxəssisləri tərəfindən müvafiq kurslar keçirilib".
B. Bədəlov tərəfindən MNX-da keçirilən auditin açılış və qapanış toplantılarında sistemin tətbiqinin zəruriliyi və bu işə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayevin böyük önəm verməsi və dəstək olması, o cümlədən Sosial İnkişaf İdarəsi rəhbərliyinin lazımi köməklik göstərməsi xüsusi vurğulanıb.
Tədbirin sonunda "TS EN İSO 9001: 2008" beynəlxalq keyfiyyət idarəetmə sistemi sertifikatı xəstəxananın baş həkimi Həbib Yüzbaşıyevə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB