Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə jurnalistləri mükafatlandırma mərasimi keçirilib

Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə jurnalistləri mükafatlandırma mərasimi keçirilib
Bu gün Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə jurnalistləri mükafatlandırma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Kaspi Təhsil Şurasının sədri Sona Vəliyeva, tanınmış ictimai-siyasi xadimlər, mətbuat orqanlarının rəhbərləri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan JQA-nın rəhbəri Sevil Yusifova bildirb ki, təşkilat artıq 12 ildir ki, 8 martda qadınları unutmur və onları müxtəlif formada mükafatlandırır. Onun sözlərinə görə, assosiasiya bu il də həmin ənənəyə sadiq qalaraq mətbuat sahəsindəki qadın jurnalistləri mükafatlandırıb: "Bu bir növ assosiasiyanın mətbuat qarşısındakı hesabatı kimi qiymətləndirmək olar. Hər il olduğu kimi ötən il ərzində də Azərbaycan mətbuatı yüksək nailiyyətlər əldə edib, müxtəlif layihələr həyata keçirib. Təşkilat ziyalıların, ekspertlərin sorğularını təşkil edib. Ancaq təəssüflər olsun ki, sadə insanların rəyinə əsasən televiziya verilişləri o qədər də qənaətbəxş deyil. Ancaq bütün bunlarla yanaşı, assosiasiyanın bu il apardığı sorğu nəticəsində 30 nəfər jurnalist mükafatlara layiq görülüb.

Tədbirin davamında çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli ilk öncə 8 mart Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edib və onlara işlərində uğurlar arzulayıb. Bügunki mətbuatın inkişafına nəzər salan V.Səfərli vurğulayıb ki, mətbuatın inkişaf yolunda olması və dövlət tərəfindən yüksək qiymətləndirilməsi sevindirici haldır. O da öz növbəsində Qadın Jurnalistlər Assosiasiyasının fəaliyyətini yüksək qiymətləndirib və qeyd edib ki, belə tədbirlərin keçirilməsi mətbuatın inkişafına öz müsbət nəticəsini verir.

Tədbirin davamında çıxış edən Sona Vəliyeva da öz növbəsində qadınlara təbriklərini çatdırıb. O, günü-gündən inkişaf edən Azərbaycan mətbuatına dövlətin xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Tədbirin sonunda 30 nəfərə yaxın jurnalistə mükafatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə