Millət vəkili: “İstənilən halda zaman birmənalı şəkildə ermənilərin əleyhinə işləyir” - AÇIQLAMA

Millət vəkili: “İstənilən halda zaman birmənalı şəkildə ermənilərin əleyhinə işləyir” - AÇIQLAMA
"Artıq 3 ildir ki, bu görüşlər bilavasitə Rusiyanın təşəbbüsü altında keçirilir. Bir qayda olaraq ilin əvvəlində olan görüşlərdə xeyli müsbət məqamlar olur, ancaq ilin ortasına dorğu ermənilər qeyri-konstruktiv mövqe tutmağa başlayırlar". Bu barədə SİA-ya açıqlamasında prezidentlərin Soçi görüşünü şərh edən millət vəkili Sahib Alıyev deyib. O bildirib ki, ilin sonunda bu qeyri-konstruktivliyi aradan qaldırmaq üçün müəyyən səylər edilir və nəticə sonrakı ilə qalır. Onun sözlərinə görə, indi bilmirəm ki, bu il də belə davam edəcək ya yox. Belə bir təcrübəninin mövcud olduğunu deyən millət vəkili vurğulayıb ki, istənilən halda zaman birmənalı şəkildə ermənilərin əleyhinə işləyir.

"Soçi görüşü qabağı prezidentin iştirakı ilə hərbi müəssisələrin açılışları da bir daha göstərdi ki, istənilən halda ermənilər torpaqları boşaltmalı olacaqlar, ya zorla, ya xoşla. Levan Ter Petrosyan da deyirdi ki, əgər Azərbaycanın bizə verdiyini bu gün almasaq, gələcəkdə vermək istədiyini heç vaxt verməyəcək. Bu birmənalı şəkildə belədir. Əgər ermənilər nəyəsə ümid edirdilərsə, zaman keçdikcə onları da görməyəcəklər. Proseslər ona doğru gedir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə