AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub

Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub.

AMEA-dan SİA-ya verilən məlumata görə, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub.

Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb.

A.Şükürov bu gün akademiyanın əsas binasında keçirilən tədbirdə kollektivə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə