ASAN könüllülərindən növbəti tamaşa

ASAN könüllülərindən növbəti tamaşa

Bərdə regional "ASAN xidmət" mərkəzinin könüllüləri tərəfindən Nadir Qədimlinin "O yurda bayrağı mən taxacağam" adlı şeirinin motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub.

Xidmətdən SİA-ya verilən məlumata görə, İmişli regional "ASAN xidmət" mərkəzinin teatr səhnəsində reallaşdırılan səhnə işi Bərdə regional "ASAN xidmət" mərkəzinin könüllü qruplarının "Qarabağ: Azərbaycanın ayrılmaz parçası" mövzusu çərçivəsində hazırlanıb.

Tamaşa ilk dəfə 27 oktyabr tarixində Ağdam Dövlət Dram Teatrında 300 nəfər tamaşaçının qarşısında səhnələşdirilib.

ASAN könüllülərinin hazırladığı və vətənpərvərlik ruhunda olan tamaşa Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevə və Xocalıda qəhrəmanlıq göstərmiş yerli əhaliyə ithaf olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə