Milli Məclisin deputatı beynəlxalq sammitdə iştirak edəcək

Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Əhali və inkişaf üzrə beynəlxalq konfans 25” (İCPD 25): Vədlərin sürətləndirilməsi” mövzusunda keçiriləcək Sammitdə iştirak etmək üçün noyabrın 10-da Keniya Respublikasının paytaxtı Nayrobi şəhərinə səfərə gedəcək.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Avropa Parlamentinin və İcraiyyə Komitəsinin 2019-2020-ci illər üçün iş proqramı, Avropa və beynəlxalq aləmdə cinsi, reproduktiv sağlamlıq, hüquqların inkişafında mövcud problemlər, uğurlar və digər aktual mövzular müzakirə olunacaq.

Toplantıda Avropa Parlament Forumunun İcraiyyə Komitəsinə seçkilər keçiriləcək. Milli Məclisin deputatı müzakirə edilən mövzularla bağlı fikirlərini bildirəcək və təkliflərini verəcək. Səfər noyabrın 16-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə