DSX rəisi və hərbi prokuror Qazaxa səfər edib

DSX rəisi və hərbi prokuror Qazaxa səfər edib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

Dövlət Sərhəd Xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində əlahiddə sərhəd diviziyasının struktur qurum-larının xidməti-döyüş fəaliyyəti yoxlanılıb, sərhəd döyüş məntəqələ-rində şəxsi heyətlə görüşülmüş, xidməti və yaşayış şəraitlərinə baxış keçirib.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının icra vəziy-yəti, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastruk-turunun yaradılması məqsədilə görülən işlərlə tanış olub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədi-nin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edil-məsi, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi, hüquqi maarifləndirmənin gücləndirilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə