7 noyabr 2019-cu il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində YAP Masallı Rayon Təşkilatı, Masallı Rayon Gənclər və İdman İdarəsi və Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibətilə "Bayrağına canım qurban, Azərbaycan!" tamaşa-kompozisiya göstərilib. Tədbiri Masallı Dövlət Regional Kollecinin direktoru, "Tərəqqi" medallı Vidadi Nəzərov açıb.
YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev tədbirdə çıxış edərək Azərbaycanın Dövlət Bayrağının müqəddəsliyini, Dövlət atributlarının mahiyyətini gündəmə gətirib iştirakçıları təbrik edib.
"Masallı ziyalıları" İctimai Birliyinin sədri, "Tərəqqi" medallı Qardaş Fətullayev Dövlət Bayrağı Günü münasibətilə Masallı Dövlət Regional Kollecinin bir qrup müəlliminə Fəxri fərman təqdim edib.
Masallı Rayon TİAHK-nın sədri Səfail Eyvazov Bayraq Günü və 60 illiyi münasibətilə respublika Həmkarlar Konfederasiyasının Fəxri Fərmanını V.Nəzərova təqdim edib.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov raonun ictimai - siyasi həyatında iştirak edən bir qrup gəncə Fəxri Fərman verib.
Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə Bayraq Günü münasibətilə "Bayrağına canım qurban, Azərbaycan!" tamaşa-kompozisiyası nümayiş etdiriblər. Bədii kompozisiya "Koroğlu" uvertürasının sədaları altında sona yetib.
Axırda xatirə şəkli çəkdirilib.
Əlihüseyn Şükürov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB