Ağdamda 132 yerlik məktəb binası istifadəyə verilib - FOTOLAR

Ağdam rayonunda qəzalı vəziyyətdə olan məktəb binası yenisi ilə əvəz olunub. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, rayonun rayonun Yüzbaşılı kəndində bir mərtəbədən ibarət yeni məktəb binası tikilərək şagirdlərin istifadəsinə verilib.

Dövlət vəsaiti hesabına tikilən yeni məktəb 132 şagird yerlikdir. Burada 24 müəllim 13 texniki işçi çalışır. Məktəb binasının açılışında Təhsil nazirin müavini Firudin Qurbanov və rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov əməkdaşları iştirak ediblər.

Qırmızı lent kəsildikdən sonra məktəb binasında yaradılan şəraitlə tanış olublar. Bildirib ki, burada şagirdlərin yaxşı təhsil alması üçün müasir tələblərə cavab verən şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə