Ukrayna təhsil sahəsində Azərbaycanla əməkdaşlığa önəm verir. SİA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfirliyinin ataşesi Yuriy Lupey Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzinin və bir sıra universitetlərin nümayəndələri ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, hər iki ölkənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, dövlətlər arasında bütün sferalarda əməkdaşlıq yüksək səviyyədədir, xüsusilə də təhsil istiqamətində: "Ukrayna Azərbaycanla təhsil sahəsində əməkdaşlığa görə Rusiya və Türkiyədən sonra üçüncü ölkə kimi qeydə alınıb. Biz ümidvarıq ki, bundan sonra da bu əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edəcək".
Daha sonra çıxış edən Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzinin Azərbaycandakı təmsilçisi Aydın Novruzov iki ölkə arasında 1992 və 1997-ci illərdə imzalanan müqavilələrə toxunub. O, bildirib ki, həmin müqavilələrə əsasən Ukraynada dövlət təhsil məktəblərində təhsil alan tələbələrin diplomları Azərbaycanda keçərli hesab edilir: "Bu müqavilələrə əsasən Ukraynanın diplomları şərtsiz tanınır. Eyni zamanda bu diplomları yoxlamaq da lazım olur. Burada təhsil ekspertizası tərəfindən aparılan yoxlamanın əsas səbəbi ondan ibarət olur ki, görək həmin diplomu alan tələbə həqiqətən bu universitetə gedib, yoxsa yox".
Ukraynada 600 mindən çox azərbaycanlının yaşadığını deyən Aydın Novruzov Ukrayna Ali Təhsil müəssisələrində iki mindən çox tələbənin təhsil aldığını vurğulayıb. Eyni zamanda o bildirib ki, Ukrayna dövlət təhsil məktəblərində oxuyan Azərbaycan Respublikasının vətəndaşları üçün təhsilini başa vurmaq üçün həqiqi hərbi xidmətdən müddət ala bilmək üçün arayışda əldə edə bilərlər: "Universitetlər tərəfindən verilən bu arayışlar Azərbaycanda tam keçərlidir. Heç bir hərbi komissarlıq buna qarşı çıxa bilməz. Əgər hər hansı problem yaranarsa, tələbələr Ukraynanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB