ABŞ-da ADAU və Oklahoma Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunda iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarında səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Oklahoma Dövlət Universiteti (ODU) arasında anlaşma memorandumu imzalanıb. Müqaviləni ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və ODU-nun Rektoru və Baş vitse-prezidenti Gary Sandefur imzalayıblar.
Memorandumun məqsədi beynəlxalq əməkdaşlığın inkişafı və genişləndirilməsini davam etdirmək məqsədilə hər iki tərəfin bərabərliyi və qarşılıqlı mənfəətinə əsaslanan əməkdaşlıq fəaliyyətlərini həyata keçirməkdir.
Əlihüseyn Şükürov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB