Yaxud Nikol Paşinyan öz yalanının qurbanına çevrilir
Belə bir atalar sözü var, "adam özünə etdiyini, kimsə ona edə bilməz". Erməni xalqı da Nikol Paşinyan adlı gədanı baş nazir kreslosuna gətirilən Nikol Ermənistana hakimiyyətə yalan vədlər verdi və verdiyi vədlərin də nə olduğunu hələ də xatırlaya bilmir. Çünki yalan danışan heç vaxt əvvəl dediyi sözü yadında saxlaya bilmir. Ermənistanın baş naziri Nikol Paşinyan da, nəinki vədlər verməklə işini bitmiş hesab etmir, heç dediyi sözün mənasını anlamır. Bu da, təəccüb doğurmur. Çünki küçə "demokratı" siyasətin mənasını anlamır və elə özünə layiq də sərsəm bəyanatlar verərək, başını cəngələ salmaqla yanaşı, oturduğu "kresloya" da "əlvida" deməyin ömrünü qısaldır.
Bu yerdə N.Paşinyanın hələ deputat olanda, Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bir dəfə parlamentdə çıxışında bəyan etmişdi ki, "satqınlığın əsasında yalan durur və bu yalanı dilinə gətirən insan heç kimi yox, özünü aldadır". Bu sözləri özünün "facebook" səhifəsində Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov yazıb. Daha sonra isə baş nazirin verdiyi bəyanatların və vədlərin yalan olduğunu bildirib. "Məsələn, Paşinyan deyirdi ki, vendetta olmayacaq - amma var. Paşinyan ümumi birlik vəd edirdi. Cəmiyyəti "ağlara" və "qaralara" böldü. Məhəbbət və razılıq əvəzinə, nifrət aşılamağa başladı. Bundan əlavə, pensiyalarla bağlı artım olacağını bildirsə də, indi susmağa üstünlük verir. "Qırmızı xətlərə" qarşı çıxırdı - bu gün isə onlar mövcuddur. Baş nazir videokameralara qarşı çıxırdı - bu gün isə onlar hələ də qalır" deyə parlamentin keçmiş vitse-spikeri vurğulayıb. Əlavə edib ki, baş nazir dəfələrlə vəd edirdi ki, ölkəyə investisiya axını baş verəcək. Amma hazırda hər hansı real investisiyadan söhbət gedə bilməz. Bütün sahələrdə inkişaf olacağını bildirirdi. Bu vədin də puç olduğu üzə çıxır. Avropa İttifaq ilə razılaşmanı təbliğ edirdi, indi isə əksinə, onu tənqid edir. Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatına üzvlüyə qarşı çıxırdı. Bu gün isə, əksinə, bildirir ki, bu təşkilatlarda qalmaq üçün üz lazımdır. Elə dövlət siyasətindən xəbərsiz olan Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən 2019-cu il işğalçı ölkəyə bahalaşma ilə girdi. Bu da, səbəbsiz deyildi. Ermənistanda bu, baş verməli idi. Söhbət Moskvanın siyasi təzyiq vasitələrindən gedir. Belə ki, Nikol fəaliyyətinipn ilk günündən, başladı Rusiyaya qarşı sərsəm bəyanatldar ünvanlamağa. Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikola dəfələrlə xəbərdarlıq ismarışları və mesajları göndərməklə, onu bu oyunlardan əl çəkməyə çağırsa da, Paşinyan yenə də sərsəm bəyanatlar verməkdə davam etdi. Belə bir atalar sözü var, keçinin buynuzu qaşınanda, çobanın çomağına sürtünər. Elə bu səbəbdən də, V.Putin, onu yox, Ermənistan prezidenti Armen Sarkisyanı, üstəlik, Ermənistanın eks-prezidentləri - Serj Sarkisyanı və hazırda həbsdə olan Robert Koçaryanı təbrik etdi. Beləliklə, Paşinyan hakimiyyətinin kritik günləri başladı.
Rusiya Ermənistanın yeni rəhbərliyinə ilk gündən yerini göstərdi
Elə bu səbəbdən də, Moskva səfərlərindən həmişə əli ətəyindən uzun gələn Paşinyan, başqa münasibət də görə bilməzdi. Əgər Rusiyanın maraqlarını tapdayıb küçə siyasəti yürüdəcəksənsə, o zaman Moskvanın sərt münasibətinə tuş gələcəksən. Eyni zamanda, digər bir faktor isə, Rusiyaya Ermənistanın davranışlarına ona görə dözür ki, regional maraqlarını qorusun, keçmiş SSRİ məkanında əsas söz sahibi olmaq kimi qüdrətini, Cənubi Qafqazın təhlükəsizliyinin ondan asılı olduğunu nümayiş etdirsin və sairə bu kimi məsələlər. Bir sözlə, bütün bu deyilənlər, bir daha onu göstərir ki, Paşinyan iqtidarı üçün artıq kritik məqamlar elə 2019-cu ilin ilk günlərindən son günlərinə kimi davam edəcək.
Elə götürək Rusiyanın Ermənistana satdığı qazın qiymətinin 2019-cu il yanvarın 1-dən artırılacağı məsələsini. Çünki Yerevan ölkədə qaz təchizatı və qazpaylayıcı sistem, bütünlüklə Rusiyanın "Qazprom" şirkətinin mülkiyyətidir. Ermənistan iqtisadiyyatının digər sahələri Rusiyanın nəzarətindədir.
Beləliklə, bütün bu faktlar onu göstərir ki, Ermənistanın iqtisadi sahədə heç bir manevr imkanları yoxdur. Avropa İttifaqının Ermənistana ayırdığı milyonlarla vəsait Rusiyadan alınan qaza sərf edilərsə, Paşinyanın sosial islahatlar üçün ümid etdiyi maliyyənin səmərəliyi olmayacaq. Nəticədə, xalq yenidən ağır sosial tələblərlə, etiraz aksiyalarına çıxacaq. Baş verən proseslər göstərir ki, Paşinyanın islahatlar vədi heç bir real əsaslara malik deyil.
Döğrudur, Qərb, Paşinyana maliyyə və siyasi dəstək naminə, Rusiyanın orbitindən çıxması üçün vədlər verir. Kreml isə çalışır ki, Paşinyanın qərbpərəst siyasətinin qarşısını alsın. Bununla belə, Ermənistanda siyasi-iqtisadi vəziyyət gərgin olaraq qalır. Ümumiyyətlə, bu ölkədə əsaslı islahatlar mümkün deyil. İlk növbədə, bu ölkə işğalçı siyasətinə görə blokada vəziyyətindədir və Rusiyanın forpostu olmaqda davam edir. Bu baxımdan, Yerevanın Moskvaya qarşı demarşı ona baha başa gələ bilər.
2019-cu ilin nəticəsi :Paşinyan 2020-ci ildə itmiş "başının" axtaraşına
İşğalçı ölkənin anormal baş naziri Paşinyan bu oyundan geri çəkilməlidir. Çünki Soçi və Aşqabad görüşlərində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı, artıq Ermənistan cəmiyyətində Paşinyan rejiminə qarşı böyük nifrət və inanmazsızlıq formalaşdırdı. Paşinyanın yenidən sərsəm bəyanatlarla çıxış etməsi isə ölkənin daxili ictimai-siyasi vəziyyətini öz xeyrinə dəyişmək istəsə də, nəticə uğursuzdur.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu gün, demək olar ki, Dağlıq Qarabağ problemindən başqa, heç bir məsələ həll olunmamış qalmır: "Aprel hadisələrindən sonra, ilk növbədə, dünya ictimaiyyəti, vasitəçiliklə məşğul olan beynəlxalq qurumlar, təşkilatlar bir daha əmin oldular ki, Azərbaycan xalqı ərazilərinin işğal altında qalması ilə barışmayıb və barışmayacaq. Bu, Ermənistan hakimiyyəti üçün də bir dərs olmalıdır. Yəqin ki, onlar lazımi nəticələr çıxaracaq və danışıqlar prosesində konstruktiv mövqedən çıxış edəcəklər. Uzun müddət davam edən status-kvo tezliklə dəyişməli, münaqişə beynəlxalq hüququn normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan əsgəri "hərbi yolla Dağlıq Qarabağ münaqişəsinin həlli yoxdur" fikrini təkrarlayanlara real şəkildə sübut etdi ki, hərbi yolla torpaqların azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi mümkündür və bu məsələ ən qısa vaxtda öz həllini tapmalıdır".
Bir sözlə, Ermənistan nə qədər təxribat aparsa da, reallıq budur: təcavüzkar quduzlaşmış işğalçı Ermənistan zəbt etdiyi torpaqlardan çıxmalıdır, başqa yol yoxdur!
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB