Bildiyimiz kimi, Azərbaycan Dövlət müstəqilliyini bərpa etdiyi tarixdən bu günə kimi bir çox sahələrdə olduğu kimi, “məhkəmə - hüquq sistemi” sahəsində də inkişaf və yüksək dinamikanın artırılması üçün hələ Ümummilli lider Heydər Əliyevin dövründə onun rəhbərliyi ilə əsaslı islahatların keçirilməsinə dair bir çox tədbirlər və layihələr həyata keçirilmişdir. Bu təsadüfi deyildir. Çünki demokratik inkişaf yolunu tutmuş ölkəmizdə Sovetlər Birliyindən miras qalmış hüquq sistemi ilə insan haqlarının müdafiəsinə yönələn mütərəqqi islahatlar həyata keçirmək mümkün olmazdı.
Bütün dövrlərdə dövlətimiz tərəfindən “ məhkəmə-hüquq sistemi”nə xüsusi diqqət göstərilmiş, əsaslı islahatlar üçün ölkə başçısı tərəfindən müvafiq fərmanlar imzalanmışdır.
Belə ki, 2006-cı ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı müvafiq fərman insan haqlarının müdafiəsini və ədalət mühakiməsini həyata keçirən məhkəmə orqanlarının təkmilləşməsinə, yeni məhkəmələrin yaradılmasına, təcrübəli hakimlərin formalaşmasına, vətəndaşlar tərəfindən məhkəməyə müraciət vasitələrinin asanlaşması, müasirləşməsi və s. bu kimi məsələlərə böyük təkamül olmuşdur.
Ölkə başçısının xüsusi diqqəti və göstərişləri nəticəsində ölkəmizin məhkəmə -hüquq sistemi demokratik prinsiplər əsasında yenidən qurulmuş və müasir məhkəmə sistemi yaradılmışdır.
Bütün bunlara baxmayaraq, məhkəmə - hüquq sistemində inkişafın yüksəlməsi, islahatların daha da dərinləşməsi, məhkəməyə müraciətlərin və məhkəmə proseslərinin elektron qaydada aparılması prosesinin daha da müasirləşməsi, məhkəmə və məhkəmədən kənarda şəffaflığın artırılması, vəkillər tərəfindən qeyri-prosessual məsələlərin aradan qaldırılması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi və təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədi ilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətin gücləndirilməsi, “Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiqini daha da gücləndirilməsi üçün “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 03 aprel 2019-cu il tarixli Fərman imzalamışdır.
Sözügedən Fərman ölkəmizdə “məhkəmə-hüquq sisteminin” daha da təkmilləşməsi, şəffaflığın artırılması, ədalət mühakiməsini aparan məhkəmələr və digər prosessual şəxslər tərəfindən qeyri prosessual münasibətlərə qadağa yaratmasına və bir çox müsbət hallara təkamül verdi. Ölkə başçısının ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar kimi “məhkəmə-hüquq sisteminə” də göstərdiyi xüsusi diqqət və ciddiyyətin sübutu kimi sözügedən Fərmanı imzalamış və müvafiq səlahiyyətli şəxslər qarşısında tələblər qoymuşdur.
Sözügedən Fərman və ölkə başçısının göstərişlərinin icrası yalnız məhkəmə sisteminin işçilərinə deyil, həmçinin məhkəmələrdə hüquqların təmsili və müdafiəsi ilə məşğul olan biz vəkillərin üzərinə məsuliyyətli bir vəzifədir. “Məhkəmə-hüquq sistemində” işləyən hər bir hüquqşünas ölkə başçısının 03 aprel 2019-cu il tarixli Fərmanın tələblərini icra etməyi özünə borc bilməli və “məhkəmə-hüquq sistemində” yuxarıda qeyd etdiyim məsələlərin zəruriliyini təmin etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



