Fransanın Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

Fransanın Azərbaycandakı yeni səfiri ilə görüş keçirilib

6 noyabr 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Fransa arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və gələcək perspektivlər müzakirə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat xidməti

Bütün xəbərlər Facebook səhifəmizdə