Çinin tütün təşkilatları elektron siqaretlərin onlayn satışına nəzarəti gücləndirmək üçün bir sıra tədbirlər görür. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Tütün İnhisarı Dövlət İdarəsi açıqlayıb.
Təşkilatlar Bazar Tənzimlənməsi üzrə Dövlət İdarəsi ilə birlikdə elektron siqaretlərin onlayn satışı və yetkinlik yaşına çatmayanlara oxşar məhsulların satışının qadağan edən bir bəyənat da yayıb.
Belə ki, elektron siqaret istehsal edən və satan bəzi şirkətlər veb saytlarında məhsulun satışına məhdudiyyətlər qoyublar.
Ondan çox elektron ticarət platforması müvafiq məhsulları öz saytlarından siliblər.
Administrasiya bu sahədə baş verən bütün pozuntulara dair İnternet monitorinqini daha da gücləndirməyə, aşkar olunmuş pozuntulara görə cəzaların sərtləşdirilməsinə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB