İngilis genetiklərin gəldiyi nəticəyə görə, siqaret çəkmək, şizofreniya və depressiyanın inkişafına kömək edir ki, bu da nəticə etibarı ilə bu psixi pozğunluqların inkişaf riskini demək olar ki, iki qat artırır. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, alimlər bu qənaətə İngiltərədə yarım milyondan çox insanın DNT-sini təhlil etdikdən sonra gəliblər. Məlum olub ki, şizofreniya və depressiyadan əziyyət çəkən insanlar elmi təcrübənin digər iştirakçılarına nisbətən daha tez siqaret çəkirlər.
Bundan əlavə, nikotin asılılığı olan insanlar siqaret çəkməyənlərə nisbətən iki dəfə daha çox şizofreniya və xroniki depressiyaya tutulmaq riskinə malikdirlər.
Genetiklərin fikrincə, nikotin insan beynindəki ən vacib siqnal molekulları olan serotonin və dopaminin fəaliyyətini pozurlar. Məhz bu iki malekulun fəaliyyətinin pozulması şizofreniya və depressiyanın inkişafında iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB