Bu il “Səngəçal”dan 198 milyon barreldən çox neft və kondensat ixrac olunub
Bu ilin üç rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. SİA xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında deyilir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Üç rüb ərzində terminal 198 milyon barreldən çox neft və kondensat, o cümlədən 178 milyon barreldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 20 milyon barreldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
Üç rüb ərzində terminaldan, həmçinin gündəlik orta hesabla 44 milyon standart kubmetr (təqribən 1 milyard 548 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB